Ölkə futbolu
"Qarabağ"dan 26 fevralla bağlı xüsusi plan
Fevralın 26-da Xocalı soyqırımının 25-ci ildönümü…
Fevralın 26-da Xocalı soyqırımının 25-ci ildönümü qeyd olunacaq. Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın sözügedən günlə əlaqədar planları var.
Belə ki, Ağdam klubunun rəhbərliyi həmin gün baş məşqçi Qurban Qurbanov və futbolçular da daxil olmaqla Şəhidlər Xiyabanını ziyarət edəcək. Bundan başqa, komandanın azarkeş qrupları da şəhidlərmizin məzarını ziyarət edəcək. Ziyarət saatı 11:00-a nəzərdə tutulub.