Dünya futbolu
Dadaşovun komandası tək qolla qalib gəldi
Almaniyanın Şimal-Şərq Regional Liqasında 22-ci turun oyunları k…
Almaniyanın Şimal-Şərq Regional Liqasında 22-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu – "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Herta Berlin II" ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Oyuna start heyətdə başlayan Dadaşov yenə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Moyzelvits" hazırda 24 xalla 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.