Dünya futbolu
Dəniz Yılmazın komandası yenə uduzdu
Futbol üzrə Türkiyə Super Liqasında 22-ci turun oyunları…
Futbol üzrə Türkiyə Super Liqasında 22-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası – "Bursaspor" da növbəti matçına çıxıb.
Bursa klubu səfərdə "Kasımpaşa" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.
Ötən tur qırmızı vərəqə alaraq iki oyunluq cəzalandırılan Yılmaz bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, "Bursaspor" hazırda 28 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.