Ölkə futbolu
"Qarabağ"da Xocalı faciəsi yad edildi
“Qarabağ” Futbol Klubu daim milli-mənəvi dəyərlərə …
“Qarabağ” Futbol Klubu daim milli-mənəvi dəyərlərə xüsusi həssaslıqla yanaşıb. Futbolinfo.az xəbər verir ki, ölkəmizin həyatında baş verən hadisələrə biganə qalmayan sözügedən komanda bu dəfə də ənənəsinə sadiq qalıb.
1992-ci ildə, fevralın 26-sına keçən gecə nəinki Azərbaycan, eləcə də dünya tarixinə ən acımasız günlərdən biri qeydə alınıb. Erməni təcavüzkarlarının Xocalı şəhərində törətdikləri qətliam bəşər tarixinə qanlı hərflərlə düşüb. İllər keçsə də, xalqımız bu faciəni unutmur. Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəl hər il olduğu kimi, bu faciənin qurbanlarını yad etmək üçün klubun bazasını ziyarət edib. Görüş faciədə şəhid olanların xatirəsini 1 dəqiqəlik sükutla yad edilməklə başlayıb. Daha sonra Tahir bəy bu hadisə haqqında danışıb və faciənin yalnız bir xalqın yox, bütün dünyanın üzüntüsü olduğunu bildirib. Vitse-prezident Xocalıda qətl edilən uşaqların sadəcə Azərbaycanın deyil bütün xalqların övladları olduğunu bildirdi. Hər birimizin öncə insan olduğunu və məqsədimizdə qan tökməyin, pislik etməyin olmadığını vurğulayıb. Sonda Tahir bəy bəşəriyyətə sülh və müharibədən uzaq bir həyat arzuladığını bildirib.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı