Dünya futbolu
Nazarovun qolu komandasını məğlubiyyətdən xilas etmədi
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 22-ci turun oyunlar…
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 22-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Dinamo Drezden"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.
Nazarov start heyətdə meydana çıxıb. 3-cü dəqiqədə sarı vərəqə alan Dmitri 60-cı dəqiqədə də penaltidən komandasının təsəlli qoluna imza atıb.
Qeyd edək ki, "Ersgebirge" 22 turdan sonra 18 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı