Dünya futbolu
Nəsirovsuz "Sportinq"dən çətin qələbə
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 29-cu t…
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 29-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası – "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Aves"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Xeyli müddətdi zədəli olan Nəsirov bu matçın da iştirakçısı olmayıb.
Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 31 xalla 22 komanda arasında 20-ci pillədə qərarlaşıb.