Dünya futbolu
Ronaldodan penalti rekordu
La Liqanın son turunda ötən gecə "Vilyareal"a qalib …
La Liqanın son turunda ötən gecə "Vilyareal"a qalib gələn (3:2) "Real"ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu bu qarşılaşmada ölkə çempionatında penaltidən 57-ci qolunu vurub.
Bununla da o, bu göstəricidə Huqo Sançesi (56 qol) geridə qoyaraq ilk pilləyə yüksəlib.
2009-cü ildən "Real"da çıxış edən Ronaldo La Liqada 64 penaltidən 57-sini dəqiq yerinə yetirib.