Premyer-liqa
İmamverdiyevlə Abışov "Zirə"yə qarşı oynaya biləcək?
“Neftçi”nin zədəlilərindən xəbər var. Futboli…
“Neftçi”nin zədəlilərindən xəbər var. Futbolinfo.az xəbər verir ki, son qarşılaşmalarda zədə səbəbindən komandasına kömək edə bilməyən Ruslan Abışov və Cavid İmamverdiyev artıq kollektivlə birlikdə məşq edir.
Kapitanın – Abışovun növbəti turda “Zirə” ilə görüşdə meydana çıxmaq şansı çoxdu. İmamverdiyevin bu qarşılaşmada iştirak edib-etməyəcəyi isə oyun saatında bilinəcək.
Qeyd edək ki, “Neftçi” – “Zirə” matçı martın 5-də, saat 18:00-da 8-ci km qəsəbə stadionunda start götürəcək.