Ölkə futbolu
Heyət açıqlandı: Almeyda və daha 3 debütant
Azərbaycan milli komandasının heyəti açıqlanıb. Futbolinf…
Azərbaycan milli komandasının heyəti açıqlanıb. Futbolinfo.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki Qətər yığması ilə yoldaşlıq oyunu üçün heyəti müəyyənləşdirib.
Xorvatiyalı mütəxəssis martın 9-da baş tutacaq görüşə 23 oyunçu dəvət edib. Bu futbolçulardan 4-ü debütantdı.
“Qarabağ”ın braziliyalı legioneri Riçard Almeyda milliləşərək ilk dəfə əsas yığmaya çağırılıb. Onunla yanaşı, Tellur Mütəllimov, Abbas Hüseynov və Şahrudin Məhəmmədəliyev də ilk dəfə əsas yığmada oynamaq imkanı qazanıb.
Asiyaya yollanan heyətdə son vaxtlar olduğu kimi yenə “Qarabağ”lılar çoxluq təşkil edir. Ağdam klubunun 9 üzvü səfərə yollanacaq. Bundan başqa, “Qəbələ”nin 6, “İnter”in 4, “Zirə” və “Neftçi”nin isə 2 üzvü yığmada yer alıb.
Matç FİFA pəncərəsində olmadığı üçün Prosineçki xarici klublarda çıxış edən oyunçularımıza dəvət göndərməyib.
Qeyd edək ki, martın 9-da Doha şəhərində keçiriləcək Qətərlə oyunun hazırlığına martın 6-da start veriləcək.
Qapıçılar: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”)
Müdafiəçilər: Tərlan Quliyev, Abbas Hüseynov (hər ikisi “İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Tellur Mütəllimov, Ürfan Abbasov, Məhəmməd Mirzəbəyov (hamısı “Qəbələ”),
Yarımmüdafiəçilər: Ruslan Abışov, Namiq Ələsgərov (“Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda (hamısı “Qarabağ”), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi “Qəbələ”)
Hücumçular: Ağabala Ramazanov, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Rauf Əliyev (“İnter”)
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq