Premyer-liqa
"Qəbələ" "İnter"lə oyuna hansı itkilərlə çıxacaq?
Topaz Premyer Liqasının növbəti turunda “İnter”in…
Topaz Premyer Liqasının növbəti turunda “İnter”in qonağı olacaq “Qəbələ”də itkilərin sayı günü-gündən çoxalır. Futbolinfo.az xəbər verir ki, zədəli futbolçularla yanaşı, AFFA İntizam Komitəsinin dünənki məlum qərarlarından sonra klubun rəsmiləri də müxtəlif cəzalara məruz qalıb.
Futbolçuları əvəzləmək mümkündü, bəs maraqlıdı, görəsən, rəsmi şəxsləri kimlər əvəzləyəcək? Bu suala “Qəbələ”in cəzaya məruz qalmayan tək-tük əməkdaşlarından biri olan mətbuat katibi Anar Hacıyev cavab verib: “Cəzalanan Namiq Hüseynovdan başqa da həkimlərimiz var, onları əəvzləyəcəyik. Çalışacağıq ki, hər hansı bir axsaqlıq olmasın. O ki, qaldı digər klub rəsmilərinə, onların çalışdığı şöbədə işini görə biləcək digər şəsxlər məsələlərin öhdəsindən gəlməyə çalışacaqlar”.
Hacıyev həmçinin, zədəlilərin də son durumu ilə bağlı məlumat verdi: “Rafael Santosun zədəsi sağalıb. O, artıq məşqlərə başlayıb. Vitali Vernidub və Elvin Camalovun isə zədəsi hələ də davam edir”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-03 18:15
“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı