Müsahibə
Qurban Qurbanov: "Dörd qol vursaq da, psixoloji gərginlik hiss olunurdu"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz P…
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– Öncə "Sumqayıt" azarkeşlərinə təşəkkür edirəm. Komandanı yaxşı qarşıladılar, xoş oldu. Öz azarkeşlərimizə də minnətdaram. Bir az psixoloji basqı var idi. Narazılıqlar yaranmışdı. Bu gün 4:0 hesabı ilə qalib gəlsək də, psixoloji gərginlik hiss olunurdu. Futbolçular qarşıdakı oyunlarda daha sərbəst olacaq. “Sumqayıt” komandasına da uğurlar arzulayıram. Milliyə gedənlərə də uğurlar diləyirəm. Yaxşı olardı ki, indiki vəziyyətdə bütün komanda ilə birgə olardıq. Ancaq nə etmək olar, elə vaxta təsadüf edib ki, milli komandanın təlim-məşq toplanışıdır.
– Rəşad Sadıqov penalti epizodunda hakimə nəsə söyləyirdi. Sizcə, “Sumqayıt”ın qapısına təyin edilən 11 metrlik cərimə zərbəsi doğru qərar idi?
– Hər dəfə hakim qərarlarına fikir bildirmək düzgün deyil. Bu, normal olmayan haldır. Rəşadın nə danışdığını bilmirəm. Son dövrlər hakim qərarlarına fikir bildirmək dəbə minib. Hər dəfə də rəqib qapısına penalti olanda belə suallar verilir. Belə hallar heç kimə fayda verməz. Oyuna, qol vəziyyətlərinə baxmaq lazımdır.
– Komandanın 9 üzvünün toplanışa getməsi sizin üçün problem yaratmayacaq ki?
– Bu, əvvəlcədən planlaşdırılmış bir toplanışdır. Həmişə demişəm ki, fiziki baxımdan futbolçulardan narahat deyiləm. Sadəcə, bir yerdə olmaq daha yaxşıdır.
– Sizcə, Şahrudin Məhəmmədəliyev Arif Daşdəmirov milli komandaya layiqdir?
– Bu, mənə aid olmayan sualdır. Onlar məşqdə geri qalmırlar. Elə olur ki, mən də 5 oyun meydana çıxmayan futbolçunu heyətə qoyuram. Xüsusən də Qətərlə görüşdə çox oyunçu sınanılacaq. Pobert Prosineçki bütün oyunları izləyir. Hamısının potensialına bələddir. Düşünsə ki, Arif yox, Qurban hazırdır, Qurbanı çağıracaq. Qapıçılardan kim kənarda qalıb? Biz Antalyada 4 yoxlama oyunu keçirdik, Şahrudin hamısında oynadı. Oynamamaq gösərici deyil.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib