Bizi izləyin

Premyer-liqa

Üçüncü dövrənin son iki matçı: paytaxt derbisi və autsayderlərin dueli

Bu gün Topaz Premyer Liqasında 21-ci tura, eyni zamanda ü&c…

blank

Bu gün Topaz Premyer Liqasında 21-ci tura, eyni zamanda üçüncü dövrəyə yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutacaq.

Öncə Gəncədə “Kəpəz” AZAL-la münasibətlərinə aydınlıq gətirəcək. Turun qapanış matçında isə iki paytaxt klubu – “Neftçi” və “Zirə” üz-üzə gələcək. Bu oyunla həm də Premyer Liqada üçüncü dövrəyə yekun vurulacaq.

Topaz Premyer Liqası
21-ci tur

5 mart

“Kəpəz” – AZAL
blankblank
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Gəncə şəhər stadionu, 15:00.

“Kəpəz”lə AZAL-ın qarşılaşmasını autsayderlərin dueli də saymaq olar. Paytaxt klubu çempionatın aşkar favoritidir və uzun müddətdir ki, nəinki qələbəyə, hətta xala həsrətdir və bir qayda olaraq məğlubiyyətləri sıralamaqla məşğuldur. "Kəpəz" isə "Neftçi"nin yüksəlişə keçməsi fonunda zəif çıxış etməklə AZAL-la qonşu olmaq məcburiyyətində qaldı. İndi Şahin Diniyevin komandası uğursuz gedişata autsayderə qalib gəlməklə son qoymaq arzusundadı. Gəncəlilərin ötən tur lider "Qəbələ"dən xal aldığını da nəzərə alsaq, "Kəpəz"i bu görüşün favoriti saymaq olar. Amma "təyyarəçilər"in də nəhayət xal həsrətinə son qoyması üçün qonşu pillədə qərarlaşan rəqibini büdrətməkdən başqa çıxış yolu yoxdu.

Lakin AZAL cari mövsüm bu rəqibinin qapısına qol vura bilməyib. Düzdü, birinci dövrədə Gəncədə keçirilən qarşılaşmada qapılara qol vurulmasa da, Tərlan Əhmədovun komandası səfərdən 1 xalla dönə bilmişdi. Amma ikinci dövrədə Julien Ebahın 83-cü dəqiqədə vurduğu yeganə qol "Kəpəz"ə Şüvəlanda vacib 3 xal qazandırmışdı. Paytaxt təmsilçisinin bu dəfəki Gəncə səfərinin necə nəticələnəcəyi maraqla gözlənilir.

Maraqlıdır ki, “Kəpəz” evdə 3 oyundur bu rəqibinə həm uduzmur, həm də qapısından qol buraxmır. Baxmayaraq ki, əvvəlki 18 oyundan 10-da qələbəni məhz bakılılar bayram ediblər. Gəncə təmsilçisi bu görüşlərin yalnız 4-də 3 xalı bayram edibsə, qalan 4 qarşılaşma da heç-heçə bitib. Elə top fərqində də AZAL-ın üstünlüyü diqqət çəkir.

Statistika: 18 oyun, +4=4-10, top fərqi 10-26

1-ci dövrə: 0:0
2-ci dövrə: 1:0

“Neftçi” – “Zirə”
blankblank
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Şaiq Həmidov.
Bakı. “Bakcell Arena”, 18:00.

Tura, eyni zamanda üçüncü dövrəyə paytaxt derbisi ilə yekun vurulacaq. Qış fasiləsindən sonra yüksəlişdə olan “Neftçi” “Zirə”ni qəbul edəcək. “Zirə” “Neftçi”nin tarixi ərzində məğlub etmədiyi yeganə komandadır. “Ağ-qaralar” son 4 matçda bu rəqibinə qol da vura bilməyib. İndi Elxan Abdullayevin komandası bu sindroma son qoymağa çalışmaqla həm də uğurlu çıxışının davamını gətirməyi hədəfləyib. Amma dördüncü pillədə qərarlaşmış "Zirə" üçün də bu oyunda ən azı uduzmamaq çox vacibdir.

İki paytaxt klubu indiyə qədər 6 oyunda üz-üzə gəliblər. Həmin görüşlərdən cəmi ikisi heç-heçə bitibsə, qalan dördündə zirəlilər qalib gəliblər. Bu mövsüm baş tutan oyunlarda da "Zirə" meydanı qələbə ilə tərk edib. Birinci dövrədəki oyunun 43-cü dəqiqəsində "Neftçi" Vüqar Mustafayevin qoluna əngəl ola bilməmiş və minimal hesablı məğlubiyyətlə üzləşmişdi. Maraqlıdır ki, ikinci dövrədəki oyunda da hesab məhz 43-cü dəqiqədə açılmışdı. Amma bu dəfə "ağ-qaralar"ı Yovan Krneta, özü də penalti zərbəsini dəqiqə yerinə yetirməklə məyus etmişdi. Adil Nağıyev isə 50-ci dəqiqədə yekun nəticəni müəyyənləşdirmişdi – 2:0.

Statistika: 6 oyun, +0=2-4, top fərqi 1-9

1-ci dövrə: 0:1
2-ci dövrə: 0:2

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-02 01:01

ÇL: “Borussiya” PSJ-ni məğlub yola saldı

blank
Ölkə kuboku2024-05-01 23:08

Musanın komandası İsveç kubokunu qazana bilmədi

blank
Digər idman növləri2024-05-01 22:12

“Xəzri” pley-offa böyük hesablı qələbə ilə start verdi

blank
Digər idman növləri2024-05-01 21:00

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
I Liqa2024-05-01 20:30

“İmişli” və “Mingəçevir” səfərdə uduzdu

blank
Əvəzedicilər2024-05-01 20:00

“Zirə”nin əvəzedicilərindən çətin qələbə

blank
Digər idman növləri2024-05-01 19:39

Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər

blank
Dünya futbolu2024-05-01 19:18

Lunin yeni müqavilə üçün razılaşdı

blank
Digər idman növləri2024-05-01 19:01

AVF rəhbərliyi çempionlarla görüşdü

blank
Milli komanda2024-05-01 18:44

Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu

blank
Digər idman növləri2024-05-01 18:27

Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə ediblər

blank
Digər idman növləri2024-05-01 18:10

Bakıda keçiriləcək Avropa Kubokunun mükafat fondu açıqlandı

blank
Digər idman növləri2024-05-01 17:55

Federasiya prezidenti milli üzvləri ilə görüşdü

blank
Digər idman növləri2024-05-01 17:40

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastlar bəlli oldu

blank
Ölkə futbolu2024-05-01 17:21

AFFA nümayəndəsi AÇ-2024-ə təyinat aldı

blank
Dünya futbolu2024-05-01 17:02

Rabyo “Bayern”in hədəfində

blank
Digər idman növləri2024-05-01 16:45

“Prezident Kuboku”: İlk günün qalibləri bəlli oldu

blank
Premyer-liqa2024-05-01 16:27

Premyer Liqada apreldə vurulan 5 ən gözəl qol – VİDEO

blank
Müsahibə2024-05-01 16:09

“Kəpəz”in qurtulmasının sirri: “Kollektiv halında birləşdiyimiz üçün…”

blank
Dünya futbolu2024-05-01 15:52

“Tottenhem”in hücumçusu üçün mövsüm başa çatdı

blank
Digər idman növləri2024-05-01 15:37

Gürcü boksçu: “Rusiyalı boksçuya uduzmağım üçün böyük pul təklif edildi”

blank
Ölkə futbolu2024-05-01 15:20

Klublar Komitəsi bu gün toplanır

blank
Digər idman növləri2024-05-01 15:07

“Ferrari”nin direktoru ən böyük transfer üçün Londona yola düşdü

blank
Digər idman növləri2024-05-01 14:38

“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”

blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm