Dünya futbolu
Messi qeyri-adi qol sevincinin səbəbini açıqladı
"Barselona"nın futbolçusu Lionel Messi La Liqanın s…
"Barselona"nın futbolçusu Lionel Messi La Liqanın son turunda ötən gecə "Selta"ya vurduğu ilk qolu qeyri-adi şəkildə bayram etməsinin səbəbini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, argentinalı qonaq komandanın qapısına yola tapandan sonra VIP-lojaya baxaraq əlini qulağına aparıb, telefon danışığını təsvir edib.
Bu jest dünya mətbuatında geniş müzakirələrə səbəb oldu. Hətta bildirildi ki, Leo "Barsa" rəhbərliyinə və öz atasına yeni müqavilə üzrə danışıqlar prosesini sürətləndirməyə işarə edir.
Ancaq Messi söz-söhbətlərə son qoyub. O, bu jesti oyun günü ona dəfələrlə zəng edən qardaşı oğluna ünvanladığını qeyd edib. Futbolçu oyun hazırlığına görə zənglərə cavab verə bilməyib.
Beləliklə Messi oyundan sonra qardaşı oğluna zəng vuracağına işarə edib.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”