Bizi izləyin

Ölkə futbolu

"Neftçi" üçün gözlənilən reallıq: Abdullayevin B planı yoxdur!

Çempionluq mübarizəsində daha bir əngəl geridə qaldı…

blank
Çempionluq mübarizəsində daha bir əngəl geridə qaldı. Əyani dueldən sonra zirvəqə qərarlaşan "Qəbələ" "Qarabağ"a güzəştə getməməkdə israrlıdı.
 
Ötən tur ağdamlılar "İnter"ə uduzmaqla rəqibinin Gəncədə büdrəməsindən faydalanmamış, əksinə, onu 1 xal önə buraxmışdı. Srağagün isə növbəti səhvə yol vermək olmazdı. Bu səbəbdən "Qarabağ" heyətində xeyli itkilər olmasına baxmayaraq, Sumqayıtda əsl gücünü ortaya qoydu. 4:0 hesablı qələbə komandada əhval-ruhiyyəni düzəltdi, 2 ardıcıl məğlubiyyətdən sonra sarsılmış inamı geri qaytardı.
 
Sumqayıtlıların asan təslim olmasında Muarem Muarem böyük rol oynadı. 1 qol, 2 məhsuldar ötürmə və qazanılan penaltinin əsas səbəbkarı faktiki bütün qollarda iştirak etdi. Çempiona darmadağın "Sumqayıt"ın da avrokuboklar üçün yetişmədiyini göstərdi.
 
Bu matç bitəndən sonra meydana çempionluğa digər 2 namizəd çıxdı. Əslində, "İnter" bu şansı saxlamaq üçün mütləq qalib gəlməliydi. Lakin "Qəbələ" əsas rəqibini ötən tur yenən "bankirlər"ə daha bir sürprizə imkan vermədi. İkinci hissədədə vurulan 2 qol "qırmızı qaralar"ı zirvəyə qaytardı.
 
Bu görüşün də öz qəhrəmanı var idi. Tellur Mütəllimov təkcə hesabı açması ilə diqqət çəkmədi. Müdafiədə inamlı oynayan, bir neçə kritik məqamda rəqibin qol vurmaq şansının qarşısını alan cinah oyunçusu, bununla milli komandaya dəvət almasının təsadüf olmadığını göstərdi. Hesab açılan zaman isə Tellur fürsətcilliyini nümayiş etdirdi. Səlahət Ağayev cinah ötürməsini tuta bilməyincə o, ortada qalan topu tora qovuşdurdu.
 
Dünənki matçlardan sonra isə bəlli oldu ki, turda meydan sahiblərinin ümumi qazancı 1 xaldı. Çünki bazargünükü oyunlarda da qonaqlar uduzmadı. Baxmayaraq ki, Gəncədə hər şey fərqli məcrada cərəyan edirdi. "Kəpəz" ilk yarıda hesabı açıb, xal ehtiyatını zənginləşdirmək üçün əla fürsət qazanmışdı. AZAL da faktiki olaraq rəqib qapısı önündə təhlükə yaratmırdı. Lakin son dəqiqələrdə bakılılar təzyiqi artıran kimi istəyinə nail oldu. Cərimə meydançasına ötürmədən sonra Vaqif Cavadov 3 müdafiəçinin arasından dəqiq baş zərbəsi endirib, yeni klubunda qol hesabını açdı.
 
Bu qol həm də AZAL-ın cari mövsümdə "Kəpəz"i məyus etdiyi ilk top idi. 2017-də ilk xallarını qazanan şüvəlanlılar minimal hesablı yenilgi seriyasını da dayandırdı. Gəncəlilərin ardıcıl 3-cü heç-heçəyə sevinməsinə isə inanmıram. "Neftçi" və "Qəbələ" ilə oyunlardakı bərabərliklər uğur idisə, bu nəticə onları məyus etməlidi.
 
Turun ən böyük məyusluğunu "Neftçi" yaşadı. Elxan Abdullayevin yetirmələri avrokuboklara vəsiqə verən 4-cü pilləyə yüksəlmək şansını yaxşılaşdırmaq üçün bu yolda əsas rəqibi olan "Zirə"ni mütləq yenməli idi. Fasilədən həmən sonra penaltidən hesabı açan "ağ-qaralar" buna çox yaxın görünürdü. Lakin "Zirə" bir andaca vəziyyəti dəyişdi. Ayxan Abbasovun baş məşqçi postuna gəlişindən sonra yüksəlişə keçən "qartallar" qısa zaman ərzində dönüş edə bildi.
 
2:1 hesablı qələbə "Zirə"ni 4-cü pillədə möhkəmləndirməklə yanaşı, "Neftçi"nin problemlərini də çılpaqlığı ilə ortaya qoydu. Maksim Vaylonun Bakı klubuna layiq qapıçı olmadığı bir daha təsdiqləndi. Bundan başqa, komandanın oyun planındakı çatışmazlıqları, müdafiə qurğusunun etibarlı olmaması, orta sahədəki xaos özünü büruzə verdi. Görünən odu ki, "Neftçi" sürətli oynayan, rəngarəng kombinasiyalar quran, tempi qaldıran rəqiblərlə ayaqlaşa bilmir, "ağır" mərkəz müdafiəçiləri dişli rəqiblər önündə ağ bayraq qaldırır.
 
Baş məşqçinin oyuna müdaxiləsi də yerində deyil, Abdullayev bu komandanın yükünü çəkəcək qədər bacarıqlı sayılmamalıdı. Dəfələrlə "Neftçi"nin B planının olmadığını vurğulamış, komandanın ikinci nömrə kimi oynadığını qeyd etmişdik. "Neftçi"nin rəqibin hesabda önə keçdiyi oyunlarda xalsız qalacağını da proqnozlaşdırmışdıq. Qış fasiləsindən sonra ikinci belə hal yaşandı: Qəbələdə olduğu kimi, "Zirə" ilə matçda da Elxan bəy komandanı çətin vəziyyətdən çıxara blmədi.
 
Beləliklə, 3-cü dövrə bitdi. Mövsümün qalan 1/4 hissəsində daha gərgin mübarizə gedəcək. "Qəbələ" və "Qarabağ" qızıl medalı bölüşəcəksə, "İnter" "bürünc"ü indidən təmin etmişə bənzəyir. AZAL artıq sonuncu pillədəki mövqeyi ilə barışmalıdı, "Zirə"nin digər komandaları da yaxına buraxmayacağını demək olar. "Neftçi" kubokda sensasiyaya imza atımasa, Avropa Liqasına məhz "qartallar"ın gedəcəyini gözləməyə dəyər.
 
AĞA
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-02 01:01

ÇL: “Borussiya” PSJ-ni məğlub yola saldı

blank
Ölkə kuboku2024-05-01 23:08

Musanın komandası İsveç kubokunu qazana bilmədi

blank
Digər idman növləri2024-05-01 22:12

“Xəzri” pley-offa böyük hesablı qələbə ilə start verdi

blank
Digər idman növləri2024-05-01 21:00

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
I Liqa2024-05-01 20:30

“İmişli” və “Mingəçevir” səfərdə uduzdu

blank
Əvəzedicilər2024-05-01 20:00

“Zirə”nin əvəzedicilərindən çətin qələbə

blank
Digər idman növləri2024-05-01 19:39

Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər

blank
Dünya futbolu2024-05-01 19:18

Lunin yeni müqavilə üçün razılaşdı

blank
Digər idman növləri2024-05-01 19:01

AVF rəhbərliyi çempionlarla görüşdü

blank
Milli komanda2024-05-01 18:44

Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu

blank
Digər idman növləri2024-05-01 18:27

Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə ediblər

blank
Digər idman növləri2024-05-01 18:10

Bakıda keçiriləcək Avropa Kubokunun mükafat fondu açıqlandı

blank
Digər idman növləri2024-05-01 17:55

Federasiya prezidenti milli üzvləri ilə görüşdü

blank
Digər idman növləri2024-05-01 17:40

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastlar bəlli oldu

blank
Ölkə futbolu2024-05-01 17:21

AFFA nümayəndəsi AÇ-2024-ə təyinat aldı

blank
Dünya futbolu2024-05-01 17:02

Rabyo “Bayern”in hədəfində

blank
Digər idman növləri2024-05-01 16:45

“Prezident Kuboku”: İlk günün qalibləri bəlli oldu

blank
Premyer-liqa2024-05-01 16:27

Premyer Liqada apreldə vurulan 5 ən gözəl qol – VİDEO

blank
Müsahibə2024-05-01 16:09

“Kəpəz”in qurtulmasının sirri: “Kollektiv halında birləşdiyimiz üçün…”

blank
Dünya futbolu2024-05-01 15:52

“Tottenhem”in hücumçusu üçün mövsüm başa çatdı

blank
Digər idman növləri2024-05-01 15:37

Gürcü boksçu: “Rusiyalı boksçuya uduzmağım üçün böyük pul təklif edildi”

blank
Ölkə futbolu2024-05-01 15:20

Klublar Komitəsi bu gün toplanır

blank
Digər idman növləri2024-05-01 15:07

“Ferrari”nin direktoru ən böyük transfer üçün Londona yola düşdü

blank
Digər idman növləri2024-05-01 14:38

“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”

blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm