Ölkə futbolu
Yunis Hüseynov Şahin Diniyevi hədəf göstərdi
Dünən "Xəzər" TV-nin qonağı olan Yunis Hüseyn…
Dünən "Xəzər" TV-nin qonağı olan Yunis Hüseynov Topaz Premyer Liqasının son oyunlarını şərh etdi. "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi əksər mövzulardan diplomatcasına yayındı, kiminsə xətrinə dəyməmək üçün mümkün olanı etdi. Amma…
…amma söz "Kəpəz"dən düşüncə, o, gəncəlilərin baş məşqçisi Şahin Diniyevdə "səhv tutdu". Əslən Gəncədən olan Hüseynov AZAL-ın səfərdən xalla qayıtmasına görə açıq-aşkaq Diniyevi qınadı. O, Julien Ebahın 75-ci dəqiqədə yarımmüdafiəçi ilə əvəzlənməsinin səhv addım olduğunu bildirməklə faktiki Şahin bəyi hədəf göstərdi: "O hücumçu fəal idi, meydanda olarkən AZAL-ın müdafiəsini təzyiq altında saxlayırdı. Belədə qonaqların cinah oyunçuları hücuma rahat qoşula bilmirdi. Ebahı meydandan çıxarmaqla məşqçi hesabı qorumağa çalışdığını göstərdi və AZAL da bundan yararlandı".
Hüseynovun digər oyunlar haqda diplomatcasına danışması, "Kəpəz"in məşqçisini isə üstüörtülü tənqid etməsinin səbəbi olmalıdı. Bəlkə də bir müddət öncə onun Gəncə klubuna baş məşqçi gətiriləcəyi haqda deyilənlər həqiqət imiş. Ola bilsin, bu, hazırda şəhərin icra başçısı olan, lakin AFFA-nın klubu himayəyə götürməsi üzündən komandanın işlərinə qarışa bilməyən Elmar Vəliyevə açıq mesaj idi. Axı, onlar "Karvan"da da işbirliyində olublar.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu