Ölkə futbolu
Məşqçisi razı, Ramil narazıdı
Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını ge…
Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Jilina" Slovakiya çempionatında "Podbrezova"nın qonağı olub. 2:2 hesablı bərabərliklə başa çatan dünənki oyundan sonra komandanın baş məşqçisi Adrian Gula millimizin hücumçusunun oyunundan danışıb.
O, Ramil Şeydayevdən razı qaldğını bildirib: "Ramil çox çalışdı və yaxşı mübarizə apardı. Ən əsası, rəqib müdafiəçiləri gərginlikdə saxlamağı bacardı. O, getdikcə komandamızın oyun üslubuna uyğunlaşacaq".
Matçda 90 dəqiqə meydanda olan Ramil isə nəticədən narazıdı: "Yaxşı oyun oldu. Amma nəticədən razı qalmadıq. Rəqib müqavimət göstərdi. Bizi yalnız ən yaxşı nəticə qane edə bilərdi. İndi bu matçı unudub qarşıdakı oyunu düşünməliyik. Artıq həmin oyuna köklənməyə başlamağın vaxtıdır".
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza