I Liqa
Fevral ayının ən yaxşı qolunun müəllifi bəlli oldu – VİDEO
Futbol üzrə Azərbaycan Birinci Divizionunda fevral ayının ən…
Futbol üzrə Azərbaycan Birinci Divizionunda fevral ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, azarkeşlər, jurnalistlər və Peşəkar Futbol Liqasının əməkdaşları arasında aparılan səsvermə nəticəsində Kamil Nurəhmədov (“Mil-Muğan”) rəqiblərini qabaqlayıb. Nurəhmədov səslərin 60 faizini toplayıb.
Azarkeşlərin səsverməsində Raul Yaqubzadə hər kəsi qabaqlayıbsa (40%), jurnalistlərin seçimində Kamil Nurəhmədov (40%) birinci olub. Azarkeşlərlə jurnalistlərin fikri üst-üstə düşmədiyindən qaydalara əsasən yekun nəticəni Peşəkar Futbol Liqası müəyyənləşdirib. PFL öz səsini Kamil Nurəhmədova (20%) verdiyinə görə, futbolçu yekun nəticədə ümumi səslərin 60 faizini toplayaraq, qalib gəlib.
Hücumçu mükafatına martın 10-da keçiriləcək “Mil-Muğan” – “Zaqatala” oyunundan öncə qovuşacaq. Peşəkar Futbol Liqası sözügedən matça jurnalistlərin səfərini də təşkil edəcək. Oyunu işıqlandırmaq istəyən jurnalistlərdən sabah saat 18:00-dək qeydiyyatdan keçmələri və oyun günü saat 08:45-də AFFA-nın inzibati binasının qarşısında olmaları xahiş olunur.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar