Bizi izləyin

Müsahibə

Zdenek Folprext: “Bakıda Çexiya pivəsini və qızlarını tərifləyirlər”

“Neftçi”nin çexiyalı futbolçusu Zden…

blank
“Neftçi”nin çexiyalı futbolçusu Zdenek Folprext ölkəsinin mətbuatına geniş müsahibə verib. Futbolinfo.az xəbər verir ki, icarə əsasında “ağ-qaralar”ın formasını geyinən 26 yaşlı yarımmüdafiəçisi Azərbaycandakı karyerası ilə bağlı maraqlı fikirlər səsləndirib.
 
– Dostlarım hansı ölkəyə yollandığımı biləndə orda terror hadisələrinin olub-olmadığını, mal-qaranın küçələrdə gəzib-gəzmədiyini soruşdular. Şəhərin şəkillərini onlara göndərəndə isə hamısı heyranlıqdan məəttəl qaldı. Amerikada, San-Fransiskoda yaşayan dostum da Bakının çox gözəl şəhər olduğunu dedi.
 
– Yaxınlarınız Çexiyada qalmağınızı istəyirdilər?
– Ailəmdən ötrü darıxıram. Liberetsdə ailəmə yaxın idim, tez-tez bacımın oğlunu görməyə gedirdim. İndi ondan uzağam. Bundan əlavə, valideynlərim də yanımda deyillər. Onlarla hər gün “Skype” vasitəsilə əlaqə saxlayıram.
 
– Bakıdan razılıqla danışdınız. Bəs Azərbaycan futbolu barədə nə deyə bilərsiniz?
– Çexiya ilə müqayisədə burda futbolçular texniki cəhətdən daha yüksək səviyyəlidi. Amma fərdi keyfiyyətlərlə iş bitmir. Bir misal gətirəcəm. Biz “Slovan”la “Qarabağ”a qalib gəlmişdik. Turnirdən asılı olmayaraq, çexlər yaxşı nəticə qazanmaq şansları varsa, bundan istifadə edirlər. Yəni biz komanda şəklində mübarizə aparırıq.
 
– “Neftçi”dəki karyeranızı necə qiymətləndirirsiniz?
– Keçirdiyimiz 7 oyunun hamısında şans qazanmışam. Yaxşı çıxış edirik. “Neftçi”yə keçəndə komandanın 9 xalı var idi. Qış fasiləsindən sonra isə 11 xal toplaya bildik. Lakin bizim üçün çox vacib olan son oyunda məğlubiyyətlə üzləşdik. Azərbaycan çempionatında legioner limiti var. Əsas heyətdə 5 yerli futbolçu meydana çıxmalıdı. Deməli, əcnəbilər üçün 6 yer qalır ki, bizim komandada bunlardan 3-nü müdafiəçilər tutur. Bu da mənim işimi bir qədər çətinləşdirir. “Neftçi”də 6 yer uğrunda 11 legioner mübarizə aparır. Bu mənada, komandada Çexiyada üzləşdiyimdən güclü rəqabət gedir. Yaxşı azərbaycanlı futbolçu üçün rahat olur. O bilir ki, əsas heyətdə yer alacaq. Bizdə yarımmüdafiənin mərkəzində oynaya biləcək 3 legioner var. Onlardan yalnız biri, arada ikisi ilk “11-liy”ə düşür.
 
– “Neftçi”yə yeni gedəndə Antalyada 3 həftəyə yaxın toplanış keçdiniz. Bir yerdə bu qədər uzun müddət qalmaq necə mümkündü?
– Mən komandaya yanvarın 4-də qoşuldum. İlk dəfə idi ki, legioner həyatı yaşayacaqdım. Bu mənada, hansı vəziyyətlə üzləşəcəyimi, “Neftçi”də digərləri ilə necə ünsiyyət quracağımı bilmirdim. Antalyada təlim-məşq toplanışında olan komandanın düşərgəsinə yollandım və digər 2 nəfərlə birləşdim. Onlardan biri ukraynalı idi, o da mənim kimi komandaya yeni qoşulurdu. Digəri isə serbiyalı qapıçımız idi. Onunla danışmağa cəhd etdim, amma ingilis dilini yaxşı bilmirdi. Yalnız onu izah edə bildi ki, ingiliscə pis danışsa da, komandada bu dili ən yaxşı bilən odu. Bunu eşidəndən sonra bir qədər qorxdum və nə edəcəyimi düşündüm. “Neftçi”də 1 həftə olduqdan sonra düzgün qərar qəbul etdiyimi anladım. Komandada mən və digər futbolçulara nəsə lazım olursa, onu elə həmin gün təşkil edirlər. Klubda bu işlə təxminən 14 nəfər məşğul olur. Bu məni məmnun etdi. Təbii ki, klubda ingilis dilini bilən tərcüməçi var. Hər halda, onsuz mənə çətin olardı. Məndən bir neçə gün sonra kollektivə Pavel Dreksa qoşuldu. Vaxtımızı, demək olar ki, bir yerdə keçiririk. Bu isə işimizi asanlaşdırır.
 
– Çexiyadan gəlmiş futbolçular komandada necə qarşılandılar? Siz “Neftçi”ni gücləndirə bilmisiniz?
– Yeni gələndə komanda yoldaşlarım üstümə düşüb, “Slovan” “Qarabağ”ı, necə olar ki, 3:0 hesabı ilə məğlub etdi” sualını verirdilər. Çünki Azərbaycanda məhz “Qarabağ” “Qəbələ” ilə çempionluq mübarizəsi aparır və ölkənin ən varlı klubu sayılır. “Neftçi”də ən təcrübəli futbolçu təxminən 30 yaşı olan gürcü müdafiəçi Georgi Navalovskidi. O, 5 il Rusiya çempionatında oynayıb. Mən “Neftçi”nin oyunçusu kimi təqdim ediləndə bildirdilər ki, komanda üçün vacib transferəm. İnstaqramda şəkil paylaşanda azarkeşlər həmişə öz fikirlərini yazırlar və güvəndiklərini bildirirlər.
 
– Azərbaycanda radio verilişində qonaq olanda gitara çalıb, mahnı oxumusuz…
– Gitara ifa etmək məsələsinin tarixçəsini danışım. Mən massajçımla birlikdə Türkiyədə istirahət edəndə, o mənə instarqamda gitara çalmağımla bağlı paylaşdığım videonu gördüyünü dedi və nə vaxtsa bunu təkrarlamağımı istədi. “Slovan”da azarkeşlərlə görüş keçirmişdik, təxminən 100 fanat gəlmişdi. Klubumuzda gitara var idi. Azarkeşlərdən biri gitara ifa etməyimi istədi. Mən də çex mahnıları səsləndirdim. Sonra azarkeş həmin videonu internetdə paylaşdı. Bakıda isə bu yaxınlarda məni radioverilişə qonaq çağırmışdılar. Onlar mənim üçün gitara da təşkil etmişdilər. Əvvəlcə tərəddüd etsəm də, sonra ifa etməyə razılaşdım.
 
– Bakıda “Slovan”ın oyunlarına baxmaq imkanınız varmı?
– Əlbəttə, var. Amma son oyunlarına baxa bilmədim. Buna baxmayaraq, “Slovan”ın futbolçuları ilə əlaqəm davam etməkdədi.
 
– Ekzotik ölkə olan Azərbaycana gedişiniz necə alınmışdı?
– Vəziyyət elə gətirdi ki, Azərbaycana yollanmaq şansı əldə etdim. Bunu ailəmlə müzakirə etdim və yekunda qərarımı verdim. Hələ ay yarımdı ki, Bakıdayam və bu müddətdə rus dilini öyrənə bilmişəm. Azərbaycanlıların fərqli mədəniyyəti var. “Neftçi”dəki karyeram cəmi 4 ay çəkəcəksə belə, həyatımda verdiyim qərarlardan yenə narazı qalmayacağam.
 
– Bir çexiyalının Bakı həyatını necə təsvir etmək olar?
– Azərbaycanda çox yaxşı və dostcanlı insanlar var. Onlar sizin əcnəbi olduğunuzu və hansısa məsələ ilə bağlı kömək istədiyinizi görəndə dərhal yardım edirlər. Misal da gətirə bilərəm. Bir dəfə maşınımı düzgün park etməmişdim və qayıdanda avtomobilin yerində olmadığını gördüm. İlk taksiyəcə əyləşərək, vəziyyəti ona izah etdim. Taksi sürücüsü nə baş verdiyini anladı və maşınımın aparıldığı cərimə meydançasının harda yerləşdiyini bildiyini dedi. Bizi dərhal ora apardı. Yeri gəlmişkən, həmin vaxt güclü yağış yağırdı. Könüllü şəkildə bizim problemlə maraqlandı və cərimə meydançasına yollandıq. Mənə dostumla birlikdə maşında gözləməyi tapşırdı. 20 dəqiqə ərzində problemimi həll etdi və maşınımı geri qaytardılar. Taksi sürücüsündən ona borcumun nə qədər olduğunu soruşdum. O isə çiyinlərini çəkərək, bilmədiyini dedi. Sürücüyə pul verəndə mənə minnətdarlığını bildirdi. Halbuki daha çox təşəkkür etməli olan mən idim. Bəzən küçədə gəzərkən haralı olduğumu soruşurlar. Çexiyadan gəldiyimi biləndə Praqanı gözəl, tarixi şəhər adlandırırlar. Bəziləri isə Çexiyanın pivəsini və qızlarını tərifləyirlər (gülür). Apasport
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-09 22:29

“Sabah” Abşeronda futbolçu seçiminə başlayır

blank
Digər idman növləri2024-05-09 22:00

Azərbaycanın daha bir güləşçisi Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-09 21:27

Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb

blank
Digər idman növləri2024-05-09 21:00

Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
I Liqa2024-05-09 20:47

MOİK və “Şamaxı”dan darmadağın

blank
Əvəzedicilər2024-05-09 18:00

Əvəzedicilərin yarışında 35-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-09 17:35

II Liqada 25-ci turun oyun cədvəli açıqlandı

blank
Dünya futbolu2024-05-09 16:58

Mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər bəlli oldu

blank
Dünya futbolu2024-05-09 16:37

Son 12 ildə ilk dəfə kuboksuz qaldılar

blank
Müsahibə2024-05-09 16:12

Rəşad Abdullayev: “Xal itirməyə ixtiyarımız yoxdur”

blank
Dünya futbolu2024-05-09 15:56

ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-09 15:33

Bakıda keçirilən Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

blank
Dünya futbolu2024-05-09 15:15

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

blank
Ölkə futbolu2024-05-09 14:51

AFFA-dan yeni sponsorluq müqaviləsi

blank
Ölkə futbolu2024-05-09 14:34

“Neftçi”nin oyunu heç də ürəyimcə deyil” – Stankoviç

blank
Dünya futbolu2024-05-09 14:16

“Real”ın futbolçusu üçün ikiqat yubiley

blank
Ölkə futbolu2024-05-09 13:53

“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”

blank
Milli komanda2024-05-09 13:31

Millimiz üçün tanış və düşərli olmayan rəqib

blank
Digər idman növləri2024-05-09 13:17

Yığmamız Sloveniyaya yollandı

blank
Digər idman növləri2024-05-09 12:52

Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”

blank
Digər idman növləri2024-05-09 12:29

Millimizin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlandı

blank
Digər idman növləri2024-05-09 11:43

“Pley-offda yaxşı müdafiə olunan tərəf sonadək gedə bilər”

blank
Digər idman növləri2024-05-09 10:54

Güləşçilərimiz Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar

blank
Dünya futbolu2024-05-09 09:30

KL: Sonuncu finalçı bəlli olur

blank
Dünya futbolu2024-05-09 09:00

Avroliqada finalçılar müəyyənləşir

blank
Dünya futbolu2024-05-09 01:09

“Real” əzmkar qələbə ilə ÇL-in finalında!

blank
Dünya futbolu2024-05-09 00:13

“Trabzonspor” darmadağınla finalda

blank
Digər idman növləri2024-05-08 23:41

“Avropa Liqası gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”

blank
Dünya futbolu2024-05-08 23:00

Konfrans Liqasının ilk finalçısı müəyyənləşdi

blank
Digər idman növləri2024-05-08 22:20

“Xəzri” yarımfinal seriyasına qələbə ilə başladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm