Milli komanda
Azərbaycan millisindən 70-ci məğlubiyyətsiz oyun
Azərbaycan millisi yubiley uğurunu əldə edib. Futbolinfo.az xəbə…
Azərbaycan millisi yubiley uğurunu əldə edib. Futbolinfo.az xəbər verir ki, yığmamız yoldaşlıq oyunları və bu tip qeyri-rəsmi beynəlxalq turnirlərində 70-ci dəfə meydanı məğlubiyyətsiz tərk edib.
Yubiley Qətərlə Dohadakı yoxlama matçında yaşanıb. Yığmamız səfərdə 2:1 hesablı qələbə qazanıb.
Üst-üstə 116-cı belə sınağına çıxan komandamız 31-ci dəfə qalib gəlib. 39 heç-heçəsi olan komanda yenilmədiklərinin sayını 70-ə çatdırıb.
Millinin yoxlama matçlarında 46 məğlubiyyəti də var. Bu sınaqlarda 105 qol sevinci yaşayan yığmamız indiyədək 149 top buraxıb. Apasport