Dünya futbolu
PSJ-nin futbolçusu "Barsa" ilə oyundan sonra azarkeşi xəstəxanalıq etdi – VİDEO
Çempionlar Liqasının 1/8 finalının "Barselona" – …
Çempionlar Liqasının 1/8 finalının "Barselona" – PSJ (6:1) matçından sonra "Parij-Le-Burje" aeroportunda xoşagəlməz olay yaşanıb. Futbolinfo.az xəbər verir ki, sözügedən matçdan sonra bir qrup PSJ fanatı ölkəyə qayıdan komandanı hava limanında qarşılayıblar.
Narazı tərəfdarlar Paris klubunun yarımmüdafiəçisi Tiaqo Mottanı mühasirəyə alıblar. Futbolçu sevgilisi ilə maşında olub.
Müxtəlif təzahüratlarla üzləşən futbolçu hadisə yerindən uzaqlaşarkən fanatlardan birinə xəsarət yetirib. Zərərçəkmiş Sen-Deni xəstəxanasına çatdırılıb.