Müsahibə
Hacı Əhmədov: "Birinci Divizionda oynamağımı eniş hesab etmirəm"
Azərbaycan Birinci Divizionunun 19-cu turunda "Zaqatala" İ…
Azərbaycan Birinci Divizionunun 19-cu turunda "Zaqatala" İmişlidə “Mil-Muğan”ın qonağı oldu. Futbolinfo.az xəbər verir ki, qarşılaşma qonaqların 1:0 hesablı qələbəsiyla başa çatdı.
Matçdan sonra Zaqatala klubunun yarımmüdafiəçisi Hacı Əhmədov jurnalistlərin sualarını cavablandırıb:
– Ciddi hazırlaşmışdıq. Uduzsaydıq, bir neçə pillə geriləyəcəkdik. Oyunun əhəmiyyətini bilirdik. Sona qədər mübarizə apardıq. Meydan da çox ağır idi. Sevinirik ki, qələbə qazandıq.
– “Zaqatala”nın Premyer Liqada oynayacağı gözlənilir. Komanda buna nə dərəcədə hazırdı? Özün necə, darıxmısan yüksək liqa üçün?
– Premyer Liqa təcrübəli oyunçularımız var. Komandamız yaxşı heyətə malikdir. Biz də istəyirik ki yüksək dəstədə mübarizə aparaq.
– “Qarabağ”ın heyətində Avropa Liqasında oynamış futbolçusan. Birinci Divizonda oynamağı özün üçün eniş hesab etmirsən?
– Eniş hesab etmirəm. İndiki yerim pis deyil. Burada da maraqlı mübarizə gedir. 1-ci yerə 4-5 komanda iddialıdı. Premyer Liqa ilə müqayisə etsək, burada ab-hava pis deyil.
– “Zaqatala” yüksək Liqaya vəsiqə qazanmasa, Premyer Liqa klublarına keçəcəksən?
– Onu zaman göstərəcək.
– Premyer Liqaya vəsiqə əldə etsəz, nəyə ümid edə bilərsiz?
– Hər bir klub kimi biz də çalışarıq. İstəyərik Avropa Liqasına vəsiqə qazanaq.
ELMAR ABDULLA-ZADƏ
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-01 10:02
Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”