Müsahibə
Oruc Balaşlı: "Premyer Liqada azı 15 qol vura bilərəm"
Azərbaycan Birinci Divizionunun 19-cu turunda "Zaqatala" İ…
Azərbaycan Birinci Divizionunun 19-cu turunda "Zaqatala" İmişlidə “Mil-Muğan”ın qonağı oldu. Futbolinfo.az xəbər verir ki, qarşılaşma qonaqların 1:0 hesablı qələbəsiyla başa çatdı.
Matçdan sonra Zaqatala klubunun hücumçusu Oruc Balaşlı jurnalistlərin sualarını cavablandırıb:
– Oyun çətin keçdi. Meydan da çox ağır idi. Son oyunlarda ardıcıl xallar itirmişdik. Bizə qələbə vacib idi. Çox sevinirik ki, bunu bacardıq.
– Son zamanlar komandanın uğursuz çıxışını nə ilə əlaqələndirirsən?
– Əsas heyət üzvlərindən 3 nəfər zədəli idi. Məncə, əsas səbəb budur. Buna görə, zəif başladıq.
– Lider “Turan Tovuz”dan 8 xal geridəsiz. Medal qazanmaq və çempionluq şanslarınını necə dəyərləndirirsən?
– Əlimizdən gələni edəcəyik ki, çempion olaq. Amma bu, çətindi. Minimum ikinci yerə sahib olmalıyıq. Qarşımıza ilk 2 pillədən birini tutmaq hədəfi qoyulub.
– 23 qolla Birinci Divizionun ən sərrast futbolçususan. “Zaqatala”da qalmaq istəyirsən, yoxsa təkliflər var?
– Təklif yoxdu. Amma istəyirəm ki, yüksəsk liqaya vəsiqə qazanaq və Premyer Liqada bombardir olum.
– Premyer Liqaya vəsiqə qazansaz, Birinci Diviziondakı performansını elitada da sərgiləyə biləcəksən?
– Özümə güvənirəm. 25-30 qol vura bilməsəm də, inanıram ki, azı 15 qol vura bilərəm.
– Ötən il Röyal Nəcəfov Birinci Divizionda 24 qol vurmuşdu. Amma hazırda AZAL-ın heyətində fərqlənə bilməyib. Ola bilər ki, səni də eyni aqibət gözləsin?
– Özümə inanıram. İstədiyim kimi oynasam, bacaracam.
ELMAR ABDULLA-ZADƏ