Dünya futbolu
Rüfət Dadaşov qol vurdu, komandası qalib gəldi
Almaniyanın Şimal-Şərq Regional Liqasında 24-cü turun oyunla…
Almaniyanın Şimal-Şərq Regional Liqasında 24-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu – "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Lukkenvalde" ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb – 3:2.
Oyuna start heyətdə başlayan Dadaşov yenə 90 dəqiqə meydanda olub. Matçın gedişatında sarı vərəqə ilə cəzalanan Rüfət bu dəfə də komandasının qələbəsində xüsusi pay sahiblərindən olub. Belə ki, o, 10-cu dəqiqədə penaltini dəqiq yerinə yetirməklə hesabı 1:1 edib.
Qeyd edək ki, "Moyzelvits" hazırda 27 xalla 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.