Ölkə futbolu
“Qəbələ”nin daha bir futbolçusu “Neftçi”yə qarşı oynamayacaq
Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində bu …
Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində bu gün “Neftçi” ilə qarşılaşacaq “Qəbələ” daha bir futbolçunun xidmətindən məhrum olub. Futbolinfo.az xəbər verir ki, zədəlilər cərgəsinə Rəşad Sadiqov da qoşulub.
Klubdan apasport.az saytına verilən məlumata görə, Vitali Vernidub, Rasim Ramaldanov və Elvin Camalovun ardınca təcrübəli yarımmüdafiəçinin də “Neftçi” ilə matçı buraxacağı müəyyənləşib. Belə ki, Sadiqov dünənki məşq prosesində ayağından xəsarət alıb. Məşqçilər korpusu onunla bağlı risk etmək istəmir. Bu səbəbdən Sadiqovun “ağ-qaralar”la görüşü buraxmasına qərar verilib.
Qeyd edək ki, 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 20:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”