Premyer-liqa
Füzuli Allahverdiyev: “Mübarizədə üstün tərəf biz idik”
Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində ke&…
Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilmiş “Kəpəz” – “Zirə” oyunundan (1:0) sonra keçirilən mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Şahin Diniyev səhhətindəki problemə görə iştirak edə bilməyib. Futbolinfo.az xəbər verir ki, onu köməkçisi Füzuli Allahverdiyev əvəz edib:
“Yaxşı, maraqlı oyun oldu. Meydandakı mübarizədə üstün tərəf biz idik. İlk yarıda əldə etdiyimiz qol vəziyyətlərini reallaşdıra bilmədik. Qol vurmaq üçün bir neçə imkanımız oldu. Fasilədə baş məşqçi Şahin Diniyev futbolçulara öz tapşırıqlarını verib qələbə qazanmalı olduğumuzu bildirdi. Ona görə ikinci hissədə uşaqlar daha yaxşı oynadılar. Qol vurduqdan sonra yenə fərqlənə bilərdik. Sadəcə, epizodlardan istifadə edə bilmədik”.