Bizi izləyin

Müsahibə

Rövnəq Abdullayev: "Bu, doğrudan, biabırçılıqdı, cinayətdi"

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Fut…

blank

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasdan sonra mətbuat konfransı təşkil olunub.

Mətbuat konfransında AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və PFL prezidenti jurnalistlərin suallarını cavablandırıb.

Rövnəq Abdullayev öncə bunları söyləyib: "İcraiyyə Komitəsinin iclasında mühüm məsələlər müzakirə edildi. Xüsusilə, danışılmış oyunlarla bağlı. UEFA-da bu cür oyunları izləyən böyük qurum yaradılıb. Premyer Liqayla bağlı heç bir şübhə olmayıb. Həmin qurumdan Birinci Divizionla bağlı müraciət edilib. Sabah artıq bu barədə radikal qərarlar qəbul edəcəyik. Bu, Azərbaycan Respublikasının qanunlarına görə cinayətdi. Həmin insanlar cinayət məsuliyyətinə cəlb ediləcək. Bu gün bir neçə fakta baxdıq. Doğrudan, biabırçılıqdı. Mənə çox pis təsir etdi.

“İnter” klubunun da taleyi müzakirə edildi. Klubun gələcəyi ilə bağlı bankdan təminat aldıq. Mövsümün sonuna kimi klubu AFFA idarə edəcək. Mövsümün sonunda kluba yeni sponsorun cəlb edilməsilə bağlı danışıqlar gedir.

Bundan başqa veteran futbolçulara təqaüd verilməsiylə bağlı da müzakirə aparıldı. Bu ənənə yalnız iki ölkədə var – İngiltərədə və bizdə. Buna əsasən, bu gün daha bir neçə futbolçuya AFFA tərəfindən təqaüd verilməsi qərara alındı".

– AFFA tərəfindən bir neçə klubda Müşahidə Şurası yaradılıb. “Kəpəz”də də həmçinin. Ancaq klubdan edilən açıqlamada Gəncə şəhər stadionunun təmir olunması üçün AFFA-dan maliyyə gözlədiklərini deyiblər. Bəs yaradılmış Müşahidə Şurası nə işə yarayır?
– Müşahidə Şurası komandalara maliyyə ayırmaq üçün yaradılmayıb. Bunun yaradılmasında səbəb şəffaflığın təmin edilməsi, klubun bir nəfərin əlində cəmlənməsinin qarşısını almaqdı. Gəncə şəhər stadionuna gəldikdə isə, bu arena mövsümün sonunda yeni ot örtüyü ilə təmin ediləcək. Bu, çox bahalı işdi. Ancaq bizim planımız var ki, 10-12 stadionun ot örtüyü dəyişdirilsin.

– Ötən il Media Komitəsi yaradıldı. Bu qurumun gələcək taleyi necə olacaq?
– Elxan Məmmədov: Media Komitəsi məhz Rövnəq bəyin göstərişi ilə yaradılmışdı. Bu komitə fəaliyyətini davam etdirəcək. Komitənin yaradılmasına səbəb, ölkəmizdə keçiriləcək AÇ-2020 üçün jurnalistlərin hazırlanmasıdı. 
– Rövnəq Abdullayev: Hər il hakimlərin toplanışı olur. Mən tərəfdarıyam ki, bu cür jurnalistlərin treninqi keçirilsin. Belədə, jurnalistlərin yazısının keyfiyyəti daha da artırılacaq.

– Seçim necə olacaq?
E. M.: Eyni qaydada olacaq. Seçkini siz keçirəcəksiz və öz nümayəndələlərinizi seçəcəksiz.

– Dediz ki, tapşırıq vermişəm, Premyer Liqada komanda sayı artırılsın. Ancaq komandaların çoxuna AFFA baxır. Sayı düzəltmək üçün yeni gələn klublara da AFFA baxacaq?
– R.A. Ötən il qarşımıza məqsəd qoymuşduq ki, növbəti mövsümdən çempionatda 10 komanda iştirak etsin. Ancaq lisenziyalaşdırma da əsasdı. Bu işlər FİFA və UEFA-nın tələblərinə əsasən görülməlidi. “İnter” məsləsində də belə olacaq. Klubun bazası var. Bu baza bank tərəfindən futbolun inkişafına verilsə, sponsor tapıla bilər. Biz baxırıq, harada baza varsa, ora sponsor cəlb etməyə çalışırıq. Lisenziyası, bazası olsa, “Turan” da, “Mil-Muğan” da Premyer Liqaya çıxa bilər. Birinci Divizion AFFA-nın köməyilə keçirilir. Bəzi klubların vəziyyəti bizə pis təsir edir. Yüksək liqanın Azərbaycanın bütün regionlarını əhatə etməsini istəyirik. Region komandalarının fəaliyyətini dayandırması təəssüf doğurur. “Xəzər Lənkəran” fəaliyyətini dayandırdı. Hazırda yalnız region klublarından “Kəpəz” fəaliyyətini davam etdirir. Ancaq istəyirik ki, region komandalarının sayı çox olsun.

– Qarşıdan İslam Həmyerliyi Oyunları gəlir. Orada çıxış edəcək komandaya həvəsləndirici mükafat vəd olunacaq? Komandadan hansı nəticə tələb olunacaq?
– Niyə həmişə maliyyə tərəfinə baxırıq? Bundan öncə milli qürur məsələsi var. Oyunçular özlərini yaxşı tərəfdən göstərmək üçün mübarizə aparmalıdılar. Komandanın qarşısına heç bir tələb qoyulmayıb. Tələbimiz yalnız yaxşı oyun nümayiş etdirməkdi.

– Klubların maliyyələşməsində bütün yük SOCAR-ın üzərinə düşür. Düşünmürsüz ki, bu məsədə dövlətin köməyi lazımdı?
– SOCAR da elə dövlətdi də (gülür). Məsələ o deyil, yavaş-yavaş futbola bu oyunu əsl sevənlər gəlir. Bir var, iş adamı özünü göstərmək üçün gəlir, bir də var futbolu sevən insanlar. Cənab prezident futbolun inkiçafını SOCAR-a təhvil verib. Biz də bunun üçün çalışırıq.

– Uşaq futbolunda vəziyyət elə də yaxşı deyil. Aşağı yaş qruplarında keçirilən yarışlarda texniki məğlubiyyətlərin sayı çoxdu. Komandalar oyuna gəlmirlər. Bundan başqa, aşağı yaş qruplarından ibarət millilərə xaricdən oyunçular cəlb edilir…
– E.M. Düzdü, komandalar oyuna gəlməyəndə texniki məğlubiyyət verilir. İntizam Komitəsi bu məsələlərə baxır. Bu, bütün dünyada belədi. Xaricdə də aşağı yaş qruplarının oyuna gəlmədiyi hallar olur. O ki qaldı kütləviliyə, regionlarda regional turnirlər keçiririk. Bundan başqa, məktəbli kuboku keçiririk. Milli komandaya gəldikdə isə, burada U-15-dən cəlb olunma başlayır. O ki qaldı başqa ölkədən gələn oyunçulara, onlar özü müraciət edir. Məşqçilər həmin oyunçuların çıxışından razı qaldıqda, milliyə cəlb edilirlər.

– “CBC Sport”un fəaliyyətilə bağlı bəzi söz-söhbətlər var…
– “CBC Sport”un nəticələri yaxşıdı. Bu cür söz-söhbətlər isə yəqin ki, rəqabətdən qaynaqlanır (gülür). Hazırda ölkədə iki idman kanalı var. Bu cür rəqabətin olması yaxşıdı. Bu kanalda hətta aşağı liqanın oyunları da yayımlanır. Məni əsas narahat edən ölkədəki azarkeş amilidi. Bu, mənim yaralı yerimdi. Xaricdə insanlar oyunlara traktorla gəlirlər. Klub rəhbərləri azarkeşləri stadiona cəlb etmək üçün çalışmalıdılar. Boş stadionda futbolçu öz potensialının 20 faizini göstərmir. Azarkeşsiz futbolçu özünü göstərmir. Tamaşaçısız aktyor kimidi. Azarkeşlərin oyuna gəlməməsində ictimai qınaq olmalıdı.

– Almaniya millisiylə daha öncə də qarşılaşmışıq. Əvvəl baş məqşçimiz Berti Foqts idi, indi Robert Prosineçkidi. Hansında yaxşı nətəcəyə daha çox ümidlisiz?
– Almaniya millisi fenomendi. Bu komandaya uduzmaq da şərəfdi. Almaniya millisi qol belə buraxmayıb. Ancaq əsas olan meydandakı mübarizədi. Millimizdən əsasən, yaxşı mübarizə gözləyirəm. Almaniya millisi maşındı. Bu komandayla oynamaq çox çətindi.

– Seçkiylə bağlı ən çox Balkan ölkələrinə səfər edirsiz. Bunda Prosineçkinin rolu nə dərəcədədi?
– E.M.: Siz Balkan deyəndə, yəqin ki Xorvatiyanı nəzərdə tutursuz (gülür). Bu ölkənin futbol federasiyası ilə Prosineçkidən öncə də münasibətimiz var idi. Bəzi ölkələr var ki, adlarını açıqlamaq istəmirlər. Ancaq qərb ölkələrinə də səfər etmişəm. Aprelin 5-nə qədər bütün Avropa ölkələrinə səfər edəcəm.

– Futzal Federasiyası futbol klublarında futzal komandasının yaradılmasını təklif edir. Federasiya prezideti Zaur Axundov bununla bağlı İcraiyyə Komitəsində məsələ qaldıracağını qeyd etmişdi…
– R. A.: Futbol komandalarını güclə saxlayırıq. Hələ ki, klublarda futzal komandası yaratmaq planımız yoxdu. Klublar özü-özünü maliyyələşdirməlidi. Sponsordan asılı olmamalıdı. Futbol həm də kommersiyadı. Bizdə bu işlə məşğul olacaq menecerlər, mütəxəssilər hazırlanmalıdı.

– Oğlunuz Rəşad Abdulalyev “Səbail”in Müşahidə Şurasının sədridi. Klub Premyer Liqaya vəsiqə qazanacağı halda onun bu vəzifədə qalması söz-söhbətə səbəb olmayacaq ki?
– Gəlin bu məsələyə son qoyaq. O da futbol azarkeşidi. Mən özüm qəsdən onu bu işə cəlb etdim ki, sevdiyi işlə məşğul olsun. Sevərək çalışır. “Səbail” Premyer Liqaya vəsiqə qazanan kimi o, istefaya gedəcək. Mən burada ola-ola o, klub rəhbəri ola bilməz. Bu, ictimai vəzifədi. Konfliktə səbəb ola bilər.

– Danışılmış oyunlarda iştirak etmiş klublarla, oyunçularla bağlı ən sərt cəza nə olacaq?
– R. A.: Bilirsiz, əvvəl bu məsələləri sübut etmək çətin idi. Ancaq indi UEFA-da elə qurum var ki, hətta “Göyəzən”lə “Şahdağ”ın oyununun video çəkilişinə kimi təqdim edirlər. Çində bu komandaların oyununa hansı, neçənci dəqiqədə pul qoyuluşu qoyulduğunu təqdim edirlər. Heç ağlıma da gəlməzdi ki, Çində “Göyəzən”lə “Şərurspor”un oyununa pul qoyuluşu edilsin (gülür). Bilirsiz, adi gözlə bunu müəyyənləşdirmək olmur. Ancaq həmin matçlara nə qədər pul qoyulduğuna baxdıqda, bəzi şeylər daha çox aydınlaşır.

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 12:14

“Qəbələ”ni mübarizədən kənarlaşdırdılar, Avropanın ən güclüsü oldular

blank
Digər idman növləri2024-04-23 12:00

Ülviyyə Fətəliyevadan maksimum nəticə

blank
Ölkə futbolu2024-04-23 11:42

Amil yenə oynamayacaq

blank
Ölkə kuboku2024-04-23 11:25

“Qarabağ” – “Neftçi”: Biletlər bu gündən satışda olacaq

blank
Digər idman növləri2024-04-23 11:10

MBA-da seriyalarda fərq artdı

blank
Digər idman növləri2024-04-23 10:52

Cokoviç “Laureus” mükafatına layiq görüldü

blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm