Milli komanda
Dmitri Nazarov: "Almaniya ilə oyunda möhtəşəm atmosfer olacaq"
Azərbaycan milli komandasının və Almaniyanın II Bundesliqasında …
Azərbaycan milli komandasının və Almaniyanın II Bundesliqasında mübarizə aparan "Ersgebirge" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov açıqlama verib. Futbolinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Almaniya matçı haqda danışıb:
“Stadion tam dolu olacaq və möhtəşəm armosfer yaranacaq. Yoahim Löv dünyanın ən güclü milli komandalarından birinə rəhbərlik edir. Rəqibin heyətində Tomas Müller, Manuel Noyer və Toni Kroos kimi oyunçular var. Kroos meydanın mərkəzində özünü rahat aparır, o, bir sehrbazdı. Müller isə hər an səni cəzalandıra bilər. Bizim üçün asan olmayacaq. Futbolda hər şey mümkündü. Robert Prosineçkinin mənə bu oyunda şans verəcəyinə ümid edirəm. Onunla daim əlaqə saxlayıram”.
Qeyd ki, qarşılaşma martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.