Dünya futbolu
Emin oynadı, Kamran yox
Futbol üzrə Portuqaliya çempionatında 26-cı turun oyunl…
Futbol üzrə Portuqaliya çempionatında 26-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Ağayevlə Emin Mahmudovun komandası – "Boavişta" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Eştoril"lə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Kamranın adı bu qarşılaşmanın da iştirak ərizəsinə daxil edilməyib. Emin isə 81-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, "Boavişta" hazırda 34 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.