Bizi izləyin

Ölkə futbolu

Danışılmış oyunlar: “Şərurspor”la “Rəvan”ın seçilməsinin səbəbi nədir?

Hər cinayətin cəzası var. Edilən istənilən bəd əmələ g&ouml…

blank
Hər cinayətin cəzası var. Edilən istənilən bəd əmələ görə cavab vermək, onun nəticələrinə qatlaşmaq lazım gəlir.
 
Lakin cəza alanda da cinayətkara bu aqibətlə üzləşməsinin səbəbləri açıqlanır, niyə bu taleyə məhkum edildiyi izah olunur. Həm də təkcə boynu kətil üstə qoyulana yox, başqalarına da görk olsun deyə, hamıya.
 
AFFA İntizam Komitəsinin 2 klubu ölkə çempionatının I divizionundan qovmasından xəbərdarsız. “Şərurspor” və “Rəvan” yarışdan kənarlaşdırıldı və bununla bağlı ciddi açıqlama verilmədi. Yalnız onların danışılmış oyunlara görə ofsayda salındığı deyildi. Vəssalam. Konkret hansı oyunlar, hansı danışıqlar, kiminlə sövdələşmələr – bütün bunlar sandıq içində saxlanıldı.
 
Elə bu cür gizlinlərin nəticəsidi ki, cəza alanlar özünü müdafiə etməyə çalışır, açıqlama verib, AFFA-nı məhkəməylə hədələyir, özlərini mələk kimi göstərməyə çalışırlar. Elə mənzərə yaranır ki, sanki heçnə olmaıb və bu klublar/futbolçular qərəzlə üzləşiblər.
 
Məsələni araşdırmaq qərarına gəldik. AFFA-nın mətbuat xidmətindən cəzalanların bu aqibətlə üzləşməsinin faktlarla izahını istədik. Bizə bütün bunların məxfi qalacağını, səbəblərin cəzalananların özlərinə izah edildiyini bildirdilər.
 
Belədə danışılmış oyunların araşdırılması ilə məşğul olan komissiyanın 3 üzvü ilə danışdıq. Onlar bizə hər şeyi izah etdilər, lakin onların adından rəsmi açıqlama verilməməsindən xahiş etdilər. Eyni zamanda bu məsələni İntizam Komitəsinə həvalə edən İcraiyyə Komitəsinin 3 üzvü ilə də söhbətləşdik. Hamı polemika olmasın deyə, rəsmi cavab vermədi, sadəcə, tükürpədən faktları ictimaiyyətə açıqlamamaq şərti ilə bizə təqdim etdilər.
 
Söhbət etdiyimiz insanların polemikadan çəkinməsi anlaşılandı. Bunun qarşılığında qarşı tərəf də nəsə cavab verəcək, həmin cavabın qarşısında ortaya fakt qoymaq lazım olacaq, həmin faktlar açıqlananda isə məsələ həddən artıq böyüyəcək. Ona görə də araşdırma komissiyasının izahı məntiqlidi: kimin narazılığı varsa, apellyasiya çikayəti versin və ya məhkəməyə müraciət etsin. O zaman bütün faktlar çılpaqlığı ilə ortaya qoyulacaq. Daha bu məsələnin mətbuatda müzakirəsi, atışma/dialoqlar yolverilməzdi.
 
Əslində, UEFA-dan gələn siqnalların böyük əksəriyyəti 5 klubla bağlı olub. “Şərurspor” və “Rəvan”la yanaşı, “Göyəzən”, “Bakılı” və “Energetik” əsas “qəhrəmanlar”dı. Qitə futbol qurumu bu klublar haqda tədbir görülməsini israrla tələb edib. Onların hamısının çempionatdan qovulması ölkə futbolunu iflic edə bilərdi, lakin tələbin qarşısında mütləq kimsə qurban verilməliydi. Əks halda, Azərbaycan futbolunun sanksiyalarla üzləşməsi qaçılmaz idi.
 
Bəs, niyə məhz “Şərurspor”la “Rəvan”? Komissiya üzvlərinin buna izahı məntiqlidi: UEFA-dan gələn siqnal/hesabatlarda ən çox bu 2 klubun adı hallanıb. Yəni,  say etibarı ilə paytaxt klublarının hesabında daha çox şübhəli oyun var.
 
Bu baxımdan “Şərurspor”un ümumiyyətlə, tayı-bərabəri yoxdu. Komandanın demək olar, bütün oyunları qumara qoyulub, oyunlarda qeydə alınan nəticələrə matçdan öncə bukmeker kontorlarında böyük vəsaitlər yatırılıb. Və bütün hallarda məhz yekun nəticəylə ən çox pul qoyulan variantlar üst-üstə düşüb.
 
Martın 9-da baş tutan “Göyəzən”lə 3:3 bitən matç isə səbr kasasını daşıran son damla olub. Bu oyunun məhz belə bitəcəyinə, oyunun “6+” gələcəyinə, qarşılaşmanın reallaşan ssenari ilə keçəcəyinə fantastic pullar yatırılıb, oyunda vurulan hər qoldan əvvəl məhz hansı komandanın fərqlənəcəyinə canlı “stavkalar” olub. Hesabatda hər şey dəqiqliklə qeyd edilib. Çin kontorundan gələn hesabatdan “Şərurspor”un “bir dünya klubu” olduğuna şübhə etmirsən.
 
“Rəvan”a gəlincə, bu komandayla bağlı 10-dan çox fakt var. Amma aşağıda göstərəcəyimiz 3 oyun bu klub haqda qərar verilməsi üçün kifayət edib.
 
9 oktyabr. “Rəvan” – MOİK 1:3
Həm hissə, həm də oyun qonaqların qələbəsi ilə başa çatıb. 8-ci dəqiqədə ilk qol vurulub, 76-cı dəqiqəyə kimi bu nəticə qorunub və qalan 14 dəqiqədə tələb olunan, əmsalı xeyli “şişən” “4+” gətirilib.
 
28 oktyabr. “Rəvan” – “Göyəzən” 2:1
Hissəsi qolsuz bitən matç “üst”ə çevrilib. 60-cı dəqiqədə qonaqlar hesabı açıb, 13 dəqiqə sonra “20” əmsal reallaşıb – meydan sahibləri “dönüş ediblər”. Bu matçın qara siyahıya salınmasının da səbəbi hesab 0:1 olan kimi meydan sahiblərinin qələbəsinə və oyunun “2,5 üst” gəlməsinə böyük pulların yatırılmasıdı.
 
25 noyabr. “Şahdağ” – “Rəvan” 4:1
Burada da hissə heç-heçə,oyun meydan sahiblərinin qələbəsi ilə bitib. Bu qarşılaşmanın belə ssenaridə keçəcəyinə də böyük pullar qoyulub. Hissənin sonunda qonaqların penaltiylə hesabı bərabərləşdirməsi, matçın “5+” gəlməsi UEFA-nın xüsusi komissiyasının gözündən qaçmayıb.
 
Maraqlıdı ki, bütün qeydlər əksini videogörüntülərdə tapır. Əksər qollar şübhəlidi və vurulmasına sanki bilərəkdən şərait yaradılır.
 
Deyə bilərsiz ki, əksər oyunlarda “Göyəzən”in adı çəkilir; hətta ömürlük cəzalandırılan hakim Anar Niyazovun sayəsində hissəsi və yekunu heç-heçə bitirilən “Şahdağ”la matçda belə bu komandanın adı var; “Şərurspor”la 3:3 qurtaran 9 dekabr görüşündə də qazaxlılar iştirakçılardan biri olub – o zaman niyə bu komanda yox, məhz “aslanlar” sanksiyayla üzləşib? Bunun da izahı var:
Əvvəla, “Göyəzən”, “Energetik” kimi zəif komandalar heç bir halda təşkilatçı olmayıb, onlar yalnız günah ortağına çevriliblər. Onlardan planın reallaşması üçün istifadə edilib, bir neçə futbolçusu ilə danışıq yetərli olub. Düzdü, cinayətə ortaq olmaq da onlara bəraət vermir, lakin məhz göstərdiyimiz ikinci səbəbdən onlar cəza dalğasının ikinci mərhələsinə saxlanılıb.
İkinci səbəb də odur ki, UEFA-ya 2 komandanın qovulduğunu, sanksiyalardan qaçmaq üçün tədbirlər  görüldüyünü göstərmək lazım olub. “Rəvan” isə ona görə seçilib ki, bu komandanın yaşaması mümkünsüzdü. Legionerlərə olan borcuna görə dəfələrlə sanksiya ilə üzləşən, hesabından xallar silinən “aslanlar” onsuz da həvəskarlar liqasına göndərilməlidi. Borclara görə bu komandanı “Bakı”nın aqibəti gözləyir, hətta mövsüm bitməmiş beynəlxalq qurumların bu klubu yarışlardan uşaqlaşdırması gözlənilirdi. Ona görə də AFFA bu klubu qovmaqla 2 problemi birdən həll edib. Borclarını ödəmək istəməyən komanda israrla mövsümü bitirmək üçün AFFA-dan möhlət istəyirdi. Lakin ötən müddətdə borclar bağlanmayıbsa, deməli, “Rəvan”ın çempionatda qalmaq israrı elə qumar sevdası ilə bağlı imiş. Dağılacağını bilən klub imkan daxilində qazancla vidalaşmaq niyyətindəymiş.
 
“Göyəzən”, “Bakılı” və “Energetik” də topun ağzındadı. Yəqin ki, mövsümün sonunda, çirkin oyunlarına davam etdikləri barədə yeni siqnallar alınacağı halda, bəlkə də mövsümün gedişində onlar da yarışdan kənarlaşdırılacaq. Yeni namizədlərin ortaya çıxması da mümkündü.
 
Araşdırmalar təkcə UEFA-nın göndərdiyi məktublar əsasında aparılmayıb. Komissiya bir çox futbolçu, məşqçi, klub rəsmiləri ilə söhbətlərdə də buna əmin olublar. Məsələn, “Səbail”in, “Zaqatala”nın, “Turan Tovuz”un, “Mil-Muğan”ın və başqalarının nümayəndələri komissiya üzvlərinə açıqlamalarında şübhəli klublardan belə təkliflər aldıqlarını etiraf ediblər. Cəzalananların təklifi də məntiqli olub. Məsələn, onlardan biri bu komandalara uduzacaqlarını vəd edib, amma bir şərtlə: oyun onların istədiyi hesabla bitməlidi. Deyək ki, reallıqda “Turan Tovuz” onsuz da “Şərurspor”dan güclüdü, lakin qumarbazlar təklif edib ki, ilk hissədə “Şərurspor” qalib gəlsin, fasilədən sonra tovuzlular 2, 3 və ya təklif edilən, razılaşacaqları istənilən sayda qol vuraraq ümumi qələbəni qazansın. Belədə “Turan” 3 xal, işbazlar 20 və daha artıq əmsalla ölçülən “oyun”a qoyduqları “stavka”dan qazanacaqdı.
 
Yəni, belə faktlar da var və bu gün “Şərurspor”un və ya “Rəvan”ın məşqçilərinin, futbolçularının durub AFFA-dan maliyyələşən klubların niyə cəzalandırılmadığını əlində bayraq etməsinin əsası yoxdu. Bu, iz azdırmaqdı, əslində, onların özlərinə maraqlı sual var: nəyə görə kontorlarda “Zaqatala”nın və ya “Səbail”in deyil, həmişə məhz “Şərurspor”un, “Rəvan”ın, “Bakılı”nın oyunları canlı mərcə açıq olur?
 
AFFA İcraiyyə Komitəsinin sayəsində bu olaylarda adı hallanan futbolçuların heç birinə ömürlük cəza verilməyib. Qurum üzvləri onsuz da qıt olan yerli oyunçu sayının daha da azalmasının qarşısını almaq üçün onların birdəfəlik diskvalifikasiya edilməməsinə nail olublar. Zənnimizcə, bu, düzgün addım deyil. Həmin futbolçular canlı viruslardı və azad agent kimi sabah gedəcəkləri digər komandalarda “yoluxma ehtimalı” yaradacaqlar. Problemi həll etmək üçün belə alaq otlarını birdəfəlik kəsib atmaq lazım idi.
 
FƏRİD
 
P.S.: “Şərurspor”un prezidenti, hətta özünün kontoru olduğu deyilən Sərdar Bağırovun məhz klubu çempionatdan qovulduğu günün ertəsi azadlığa çıxması da maraqlı “təsadüf”dü.
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-29 01:23

“Qəbələ”nin futbolçusu Türkiyədə əməliyyat olundu

blank
Digər idman növləri2024-05-28 23:36

Azərbaycanın daha bir idmançısı Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Milli komanda2024-05-28 23:00

Avropa çempionatı öncəsi milli üzvləri ilə görüş

blank
Digər idman növləri2024-05-28 22:43

Azərbaycanın daha 2 boksçusu lisenziya turnirində mərhələ adladı

blank
AÇ-20242024-05-28 22:26

Çexiya millisinin AÇ-2024 üçün heyəti

blank
Dünya futbolu2024-05-28 21:51

Qazaxıstan millisinin Azərbaycanla oyun üçün heyəti bəlli oldu

blank
Dünya futbolu2024-05-28 21:18

“Fənərbaxça”da ayrılıq

blank
Ölkə futbolu2024-05-28 20:44

“Turan Tovuz”da gözlənilməz istefa

blank
Ölkə futbolu2024-05-28 19:32

“Səbail”dən ayrıldığını açıqladı

blank
AÇ-20242024-05-28 19:00

Slovakiya millisinin də AÇ-2024 üçün ilkin heyəti bilindi

blank
Digər idman növləri2024-05-28 18:29

Avropa Həndbol Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

blank
Milli komanda2024-05-28 18:00

“Azərbaycan millisi ilə ən çətin vəzifənin öhdəsindən gəlmək olar” – Çerçesov

blank
Ölkə kuboku2024-05-28 17:31

Finala doğru: “Qarabağ” və “Zirə”nin 37-ci dueli

blank
Ölkə futbolu2024-05-28 17:00

Millimizin forvardı “Hatayspor”dan ayrıldı

blank
AÇ-20242024-05-28 16:00

Belçika millisinin AÇ-2024 üçün yekun heyəti açıqlandı

blank
AÇ-20242024-05-28 15:32

Serbiya millisinin AÇ-2024 üçün yekun heyəti bəlli oldu

blank
Digər idman növləri2024-05-28 15:00

Azərbaycan idmançısı “Bratislava Reqatası”nda 3-cü oldu

blank
Digər idman növləri2024-05-28 14:28

Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb

blank
Digər idman növləri2024-05-28 14:00

Yığmamız təlim-məşq toplanışına yollandı

blank
Milli komanda2024-05-28 13:31

Millimizin AÇ-dəki oyunlarının təqvimi bəlli oldu

blank
Dünya futbolu2024-05-28 13:00

Ronaldodan yeni rekord

blank
Dünya futbolu2024-05-28 12:35

9 ildən sonra “Mançester Yunayted”lə vidalaşdı

blank
Dünya futbolu2024-05-28 12:00

“Yuventus”da ayrılıq

blank
Dünya futbolu2024-05-28 11:33

La Liqa klubunda yeni baş məşqçi

blank
Milli komanda2024-05-28 11:02

Rəqibimiz Avro-2024 üçün heyəti açıqladı

blank
Milli komanda2024-05-28 10:47

“Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”

blank
Digər2024-05-28 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-05-28 09:22

“Şampiyon Cim-Bomum, ne istersen iste benden!”

blank
Dünya futbolu2024-05-28 08:57

Premyer Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

blank
Ölkə futbolu2024-05-28 08:38

“Heç vaxt bu qədər futboldan kənarda qalmamışdım” – Mahir Emreli

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm