Müsahibə
Sezar Meza Kolli: "Qırmızı vərəqənin oyunumuza böyük təsiri oldu"
Topaz Premyer Liqasının 23-cü turunda baş tutan “Zirə&r…
Topaz Premyer Liqasının 23-cü turunda baş tutan “Zirə” – “Qarabağ” matçında hesab açılmadı. Futbolinfo.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin futbolçusu Sezar Meza Kolli əməkdaşımızın suallarını cavablandırıb:
– Düşünürəm ki, komandamız çox yaxşı oynadı. Qol imkanlarımız olsa da, yararlana bilmədik. Məncə, 3 xal qazana bilərdik.
– Qələbə qazanmağa nə mane oldu?
– Hücumların azalmasına Akim Latifunun qırmızı vərəqə alması səbəb oldu. Məncə, bu amilin oyunumuza böyük təsiri oldu.
– “Qarabağ” hakimə tez-tez etiraz edirdi. Səncə, bu nə ilə bağlı ola bilərdi?
– Bu barədə heç nə deyə bilmərəm. Amma bizim komanda çox yaxşı çıxış etdi və məşqçimizin dəyişiklikləri, əvəzetmələri öz yerində idi.
– “Zirə” qışdan sonra yaxşı çıxış edir. “Qarabağ”a da qarşı yaxşı oyunlarınızdan birini sərgilədiniz. Özünüzü təsdiq etmək üçün belə oynayırdız?
– Deməzdim ki, qışdan əvvəl pis çıxış edirdik. “Zirə” həmişə yaxşı futbol sərgiləyib, bu, qışdan əvvəl də belə idi. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq, bundan sonra da bunu edəcəyik.
– “Zirə”nin “Qarabağ”la yaxşı münasibətlərinin olduğu deyilir. Bu barədə nə deyə bilərsən?
– Mən belə düşünmürəm. Ola bilər ki, mətbuat bu barədə yazır, amma belə deyil.
– Avrokubok şansınızı necə qiymətləndirərdin?
– İndidən bu barədə danışmaq istəmirəm. Amma sona qədər vuruşacağımızı deyə bilərəm.
ELMAR ABDULLA-ZADƏ