Milli komanda
İki futbolçu millimizin düşərgəsini tərk etdi
Bakıda təlim-məşq toplanışında olan yığma komandamız itkilə…
Bakıda təlim-məşq toplanışında olan yığma komandamız itkilərlə üzləşib. Futbolinfo.az xəbər verir ki, ötən gün iki futbolçu millimizin düşərgəsini tərk edib.
Belə ki, "Neftçi"nin futbolçuları Ruslan Abışovla Namiq Ələsgərov millimizin düşərgəsindən ayrılıb.
AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, sözügedən oyunçular zədəli olduqları üçün DÇ-2018-in seçmə mərhələsində Almaniya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə təşkil olunmuş təlim-məşq toplanışını tərk ediblər.
Qeyd edək ki, Azərbaycan – Almaniya görüşü martın 26-da saat 20:00-da başlayacaq.