Milli komanda
Millimizin üzvləri Noyerə qol vura bilməyəcək
Almaniya yığmasının qapıçısı Manuel Noyer DÇ-2018…
Almaniya yığmasının qapıçısı Manuel Noyer DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçiriləcək oyunu buraxacaq. Futbolinfo.az xəbər verir ki, təcrübəli qolkiper ayağından zədə alıb.
Bu səbəbdən “Bavariya”nın qapıçısı həm İngiltərə ilə yoxlama matçında, həm də millimizlə qarşılaşmada komandasına kömək edə bilməyəcək.
Almaniya millisinə Mark-Andre ter Ştegen (“Barselona”) və Bernd Leno ("Bayer") kimi qapıçılar da dəvət alıb. Baş məşqçi Yoahim Lövün Kevin Trappı da milliyə dəvət edəcəyi bildirilir.
Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi