Milli komanda
Millimizin Almaniya ilə oyunu italiyalı hakimə tapşırıldı
Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhəl?…
Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb. Futbolinfo.az xəbər verir ki, sözügedən qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Daniele Orsato olacaq. Ona Mauro Tonolini və Rikardi Di Fiore kömək edəcək. Dördüncü hakim funksiyasını Marko Quida yerinə yetirəcək.
Xatırladaq ki, martın 26-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu saat 20:00-da başlayacaq.