Milli komanda
Yoahim Löv: “Azərbaycana qarşı amansız olacağıq”
“Qarşıdakı oyunlara hazırlaşmaq üçün &cced…
“Qarşıdakı oyunlara hazırlaşmaq üçün çox vaxtımız olmadı. Bu amil bizə problem yarada bilər”. Futbolinfo.az xəbər verir ki, bunu Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.
Bu gün İngiltərə ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Bundestim 4 gündən sonra DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin qonağı olacaq.
Almaniya mətbuatına açıqlama verən Löv həm İngiltərə, həm də Azərbaycanla oyunları dəyərləndirib: “Seçmə mərhələdə son matçımızı 4 ay əvvəl keçirmişik. İngiltərə ilə oyunöncəsi isə hazırlıq keçmək üçün çox vaxtımız olmadı. Buna baxmayaraq, arzularımızı həyata keçirmək üçün hər cür çətinliklərin öhdəsindən gəlməyə hazır olmalıyıq. Bunun ardından Azərbaycanla önəmli oyunumuz olacaq. Hər matçda olduğu kimi, yenə keyfiyyətli oyun sərgiləməyə çalışacağıq və amansız olacağıq”.
Qeyd edək ki, Azərbaycan – Almaniya görüşü martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. (Apasport)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza