Dünya futbolu
UEFA açıqladı: ÇL-də kim neçə komanda ilə təmsil olunacaq?
UEFA Çempionlar Liqasının 2018/19 mövsümü &uum…
UEFA Çempionlar Liqasının 2018/19 mövsümü üçün qrup mərhələsində hansı ölkədən neçə komandanın iştirak edəcəyini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, qurum rəsmi saytı vasitəsilə yayımladığı məlumatda suallara aydınlıq gətirib.
Belə ki, İspaniya, Almaniya, İngiltərə və İtaliya qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində 4 komanda ilə təmsil olunacaq.
Reytinq sıralamasında 5 və 6-cı pillələrdə qərarlaşmış Fransa və Rusiyanın iki komandası birbaşa həlledici mərhələdə yer alacaq. Hər iki ölkənin daha bir təmsilçisi isə pley-offlarda oynayacaq.
İlk onluqda qərarlaşmış digər ölkələr – Portuqaliya, Ukrayna, Belçika və Türkiyə qruplarda və pley-offlarda 1 komanda ilə mübarizə aparacaqlar.
11 və 12-ci pillələrin sahibi olan Çexiya və İsveçrədən isə bir klub qruplardan bir öncəki pley-off mərhələsində yer almağa haqq qazanacaqlar.
Qeyd edək ki, reytinq sıralamasında 26-cı pillədə yer almış Azərbaycan Avrokuboklarda ümumilikdə 4, Çempionlar Liqasında isə 1 komanda ilə mübarizə aparır ki, təmsilçilərimiz mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Apasport
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq