Ölkə futbolu
“Qarabağ” “100-lüy”ə düşə bilmədi
UEFA klubların yeni reytinq siyahısını açıqlayıb. Futboli…
UEFA klubların yeni reytinq siyahısını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında baş tutan 1/4 final oyunlarından sonra cədvəldə son dəyişikliklər tamamlanıb.
Qitənin ali futbol qurumu siyahıya 453 klubun adını daxil edib ki, onların arasında 7 Azərbaycan komandası da var.
Təmsilçilərimizin arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdamlılar 18.050 xalla 106-cı sırada qərarlaşıb.
9.800 reytinq xalına sahib “Neftçi” 162, 7.800 xalı olan “Qəbələ” 185, 6.050 xalla “İnter” isə 229-cu sırada yer alıb.
279-cu pillədə məskunlaşan “Xəzər Lənkəran”ın 4.550, 289-cu “Kəpəz”in 4.050, 308-ci “Bakı”nın isə 3.800 reytinq xalı var.
Qeyd edək ki, cədvələ “Real” başçılıq edir. Madridlilərin 166.371 reytinq xalı var. İkinci yerdəki “Bavariya” 154.842, üçüncü “Barselona” isə 150.371 xala sahibdir.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq