Bizi izləyin

Layihə

HESABAT: Uşaq futbolunda yeyilən milyonlar

(əvvəli bu linkdə)

 

Uşaq və Gənclər Futbolunun inki…

blank
 
Uşaq və Gənclər Futbolunun inkişafı üçün nəzərdə tutulan xərclər də ildən-ilə artır. Ötən illə müqayisədə daha 400 min çoxalan büdcə 2016-da 2 115 780 manata çatıb. Nəticə, görülən işin verdiyi xeyir – ortada heç nə yoxdu, AFFA bir ucdan xərcləyir. Halbuki həmin pulun yarısına ideal şəkildə yarış keçirmək olar. Hər həftə 12-13 yaşlı uşaqları Gəncədən Lənkərana, Qazaxdan Qusara daşımaqla, buna xərc çəkməklə futbolu inkişaf etdirmirlər. Uşaq futbolunda tərəqqiyə nail olmağın daha münasib yolları var. O zaman həm xərclər azalar, həm də uşaqlar yol əziyyətindən, dərsdən yayınmaqdan qurtulub itirdikləri vaxtı məşqə sərf edərlər. Uşaq liqalarında əksər komandalar həftə ərzində bircə dəfə də məşq etmədən, yalnız oyuna çıxırlar.
 
Uşaq komandalarına sərf olunan vəsait də göstəriləndən çoxdu. Hakimlərin, hakim-inspektorların qonorarının başqa ad altında göstərildiyini nəzərə alsaq, bu vəsaitin sərf olunma istiqamətləri çox maraqlıdı. Havaya sovrulan böyük pulların qarşılığında heç bir nəticə yoxdu, almaniyalı türklərə, dağıstanlılara, başqa ölkələrdə yetişən həmyerlilərimizə möhtacıq. Halbuki 2 milyona nələr etmək olmaz ki?
 
Həm də bu proses 10 ildən çoxdu davam edir. Bu illər ərzində uşaq futboluna 40 milyona yaxın vəsait ayrılıb. İş düzgün qurulsaydı, dövlət proqramının qəbul olunduğu 2005-ci ildən ötən 12 il ərzində minlərlə istedad üzə çıxarmaq olardı. Həmin vaxt 10-12 yaşı olan uşaqlar indi milli komandamızın əsasını təşkil etməliydi. Amma bu gün milli komandalarımızda ya milliləşənlər oynayır, ya Hafiz Məmmədovun sayəsində yetişən “Bakı”nın 60-a yaxın yetirməsi, ya da Heydərovların zəhməti sayəsində tərbiyə alan Qəbələ akademiyasının yetirmələri.
 
AFFA-nın rəsmi hesabatında oyunları təşkili üçün 450 337 manatın xərcləndiyi qeyd olunur. Bunun açması kimi klublarımızın avrokubok oyunlarına təyinat alan UEFA nümayəndələrinin, hakim və hakim-inspektorların qarşılanması xərcləri də daxildi.
 
Doğrusu, bu xərclərin də detallı açıqlamasına ehtiyac var. Söhbət hansı oyunlardan gedir? Bakıdakı Avropa çempionatı da bura daxildimi? Hesabatın sonrakı hissəndən aydın olur ki – YOX. Əlavə hansı oyunlar təşkil edilib? U-17-lərin qitə birinciliyinin təşkili xərcləri də daxildisə, lap əla, daxil deyilsə, 2015-dən nə dəyişib ki, xərclər belə azalıb? Son iki ildə eyni klublarımız aşağı-yuxarı eyni sayda oyuna çıxıblar, ölkəmizə də eyni sayda UEFA nümayəndəsi, hakim və hakim-inspektor gəlib. O zaman maraqlıdı: niyə 2016-da bu xərclər 450, bir il öncə 919 min manat "tutub". Ötən il yarım milyona yaxın əlavə vəsaiti kim yeyib? Axı, dəyişən yalnız illərdi.
 
Həm də AFFA iz azdırmasın. Qitə kuboklarının oyunlarına ezam olunan bütün şəxslərin, hətta yerli assosiasiyanın da xərclərini UEFA çəkir. Ona görə də bu xərcləri AFFA-nın büdcəsinə salmaq ağ yalandı. Zəhmət olmasa, 450 minin hansı məqsədlə sərf edildiyini açıqlasınlar.
 
Aviabilet və hotel, nəqliyyat, kommunal və rabitə xərcləri, daşınmaz əmlak və icarə haqqı, təhsil üçün xərclər – bunlarda ciddi dəyişiklik yoxdu. Baxmayaraq ki, 1,5 milyon manatın xərcləndiyi bu bölmələrdən də ixtisar üçün detallar tapmaq olar. Çünki aviabiletlər, nəqliyyat xidmətləri üçün xərclənən pulları fərqli şirkətlərlə daha ucuz təşkil etmək mümkündü. "Bakcell"in AFFA əməkdaşlarını pulsuz telefon danışığı ilə təmin etdiyini də unutmayaq. AFFA-da isə bu işlər monopoliyadadı və rəhbərliyə yaxın qurumlarla, faiz qaytaranlarla iş görülür, daha sərfəli olana üstünlük verilmir. Zəhmət olmasa, assosiasiya kimlərlə əməkdaşlıq etdiyini rəsmən açıqlasın, biz də daha ucuz variantları təqdim edək, dövlətin pulunun ciblərə necə axdığını isbat edək. Məsələn, AFFA-ya yaxın insanların obyektlərinə xərclənən 201 min manatlıq icarə haqqını bazar şərtləri ilə daha da yığcam etmək olardı.
 
"Cross Culture", "Elit Məşq" və "Futbol Bakcell ilə" layihələrinə 2016-da 300 min manat xərclənib. 2015-də "Elit Məşq" və "Futbol Bakcell ilə" layihələrinə 350 min xərcləyən AFFA indi sayı artırıb, məbləği azaldıb. Halbuki heç bir effekti, ölkə futbolunun inkişafı baxımından əhəmiyyəti olmayan bu layihələrə görə, ümumiyyətlə, xərcə düşülməməlidi. AFFA-da bircə başıpapaqlı çıxıb bu layihələrin xeyrini izah edə bilsəydi, məmnun olardıq.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-03 01:15

“Fiorentina” qələbə qazandı, “Aston Villa” evdə uduzdu

blank
Dünya futbolu2024-05-03 01:03

Avroliqa: “Bayer”dən Romada qələbə, Marseldə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 23:47

Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər bilindi

blank
Digər idman növləri2024-05-02 23:00

İlk yarımfinalçı bəlli oldu

blank
Milli komanda2024-05-02 22:45

“Prezident Kuboku”: İkinci günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-05-02 22:27

Millimiz Belarus yığmasına uduzdu

blank
Digər idman növləri2024-05-02 20:00

Azərbaycanlı cütlük “Prezident Kuboku”nda üçüncü oldu

blank
Dünya futbolu2024-05-02 19:37

Fransa klubunda baş məşqçi ayrılığı

blank
Ölkə futbolu2024-05-02 19:11

“Sabah” bu bölgələrdə 22 futbolçu seçdi – VİDEO

blank
I Liqa2024-05-02 18:54

“Qaradağ Lökbatan” və “Şamaxı”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-02 18:36

Rusiya millisi üçün yeni rəqib

blank
Dünya futbolu2024-05-02 18:18

Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm