Ölkə futbolu
Üç yığmada 358 dəqiqə
“Qəbələ”nin futbolçuları DÇ-2018-in Avro…
“Qəbələ”nin futbolçuları DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin 5-ci turunda iştirak ediblər. Futbolinfo.az xəbər verir ki, C qrupunda çıxış edən Azərbaycan milli komandasının Almaniya ilə ev oyununda Məhəmməd Mirzəbəyovla Cavid Hüseynov start heyətində meydana çıxıblar.
Onların hər biri 90 dəqiqə meydanda olublar. Yığmamızın 1:4 hesabı ilə uduzduğu görüşün 81-ci dəqiqəsində Ruslan Qurbanov da komanda yoldaşını əvəzləyib.
Bundan başqa, Nika Kvekveskiri Gürcüstan millisinin Serbiya ilə ev oyununda iştirak edib. D qrupunun oyununda balkanlılar 3:1 hesabı ilə qələbə qazanıb. Yarımmüdafiəçi start heyətində başladığı görüşdə 90 dəqiqə meydanda olub.
Sergey Zenyovun şərəfini qoruduğu Estoniya millisi isə səfərdə Kiprlə qarşılaşıb. H qrupunun oyununda qol vurulmayıb. Start heyətində meydana çıxan hücumçumuz 79-cu dəqiqədə əvəzlənib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…