Milli komanda
Prosineçki ilə ilk dəfə
Azərbaycan millisi son iki ilin antirekorduna imza atıb. Futbolinfo….
Azərbaycan millisi son iki ilin antirekorduna imza atıb. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, yığmamız DÇ-2018-in seçmə mərhələsinin Almaniya ilə oyununun ilk hissəsində 3 qol buraxıb.
Millimiz Robert Prosineçkinin rəhbərliyi altında heç vaxt fasiləyədək bu qədər qola üzülməmişdi. Yığmamızın qapısına 2-dən çox qolu ilk yarıda vuran son komanda isə Xorvatiya olub.
2014-cü il oktyabrın 13-də baş tutan görüş Berti Foqtsun millimizin baş məşqçi kimi son matçı kimi tarixə düşüb. Osiyekdə 6:0 hesabı ilə qalib gələn meydan sahibləri fasiləyədək 4 top vurmuşdu.
Qeyd edək ki, 895 gündən sonra belə uğursuzluq yaşayan milli Almaniyaya 1:4 hesabı ilə uduzub.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”