Bizi izləyin

Milli komanda

Bileti “yananlar”: AFFA təzminat ödəyəcəkmi?

Dünən baş tutan Azərbaycan – Almaniya oyunu tribunaya to…

blank

Dünən baş tutan Azərbaycan – Almaniya oyunu tribunaya toplaşan azarkeşlərə zövq verdi. Millimiz məğlub olsa da, oyunun keyfiyyəti, tempi bilet alanları məyus etmədi.

Lakin oyunla bağlı təşkilati işlərdə bir çox qüsurlar var idi. Belə ki, yüzlərcə biletli azarkeş stadiona girməyi bacarmadı. Onların arasında iranlı turistlər, alman fanatlar, əsasən də yerli azarkeşlər vardı.

Təşkilatçılıqdakı bu qüsurun səbəbini öyrənmək üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə danışdıq. Qurum rəsmisi faktı etiraf etdi: “Bəli, belə hal olub. Bunun səbəbi isə girişdə yaranmış basabasdı. İnsanlar oyun başlayarkən stadiona daxil olmaq istəyib. Heç kim özünə əziyyət verərək daha tez gəlmək istəmir, halbuki biletin üstündə də yazılıb ki, qapılar start fitinə 2 saat qalmışdan açıq olur. Hamı oyun saatında gəldiyindən, ciddi tıxac yaranıb və bileti olan bəzi insanlar kənarda qalıb”.

Nərimanoğlu azarkeşləri günahlandırmaq istəsə də, əslində, belə deyil. Dünyanın böyük, 60-70 min tamaşaçını qəbul edən stadionlarında eyni hal yaşanmır. İnsanlar oyuna yarım saat qalmış da gələrkən rahatca tribunada yerlərini alırlar. Bunu Tiflisdə UEFA superkuboku uğrunda matçda da gözlərimizlə gördük. “Barselona” – “Sevilya” oyununa gələnlər heç bir əngəl olmadan yerlərini ala bildilər. Həmin oyuna dünənki ilə müqayisədə 2 dəfə çox insan gəlmişdi.

Bəlkə tıxacın yaranmasına, sonucda bileti olanların kənarda qalmasına səbəb stadiona girişin yalnız bir istiqamətdən olmasıdı? Nərimanoğlu bu məsələyə də aydınlıq gətirdi: “Ola bilər. Amma buna görə sualı Respublika stadionunun rəhbərliyinə vermək lazımdı. Biz icarəçiyik. Turniket sayı müvafiq tələblərə cavab verəcək sayda idi. Əlavə turniketlər quraşdırmaq, stadionun digər qapılarını açmaq olardı, ya yox? Bu suala cavab verməli tərəf biz deyilik. Düzü, belə ajiotaj da gözləmirdik. Bileti ola-ola içəri girə bilməyən insanların sayı o qədər də çox olmayıb. Amma istənilən halda, məsələni araşdıracağıq”.

Tıxacın yaranmasında polislərin də rolu var. Onlar sanki bilərəkdən süni əngəl yaradırdılar ki, qarışıqlıq yaransın və biletsizləri nəyinsə qarşılığında buraxa bilsinlər. Əməkdaşımızın gözü önündə stadionun digər girişlərindən, xüsusilə restoranları olduğu cənub qapısından bəzi azarkeşlər arenaya buraxılırdı. Onlar polislərlə razılaşıb, buna nail olurdular. Bu isə biletsizlərin tribunaları doldurması, biletli azarkeşlərin kənarda qalması ilə nəticələndi.

Maraqlıdı, AFFA zərər çəkmiş azarkeşlərə təzminat ödəyəcəkmi? Yenə Mikayıl bəyin qeydlərinə baxaq: “Hələlik bizə heç bir müraciət olunmayıb. Müraciət olarsa, baxacağıq. Biletlər araşdırılacaq və müvafiq qərar veriləcək”.

Təbii ki, istifadə olunmayan biletləri yoxlamaq çətin deyil. Əgər turniketlərdə həmin biletlər yoxlanmayıbsa, qeydiyyata düşməyibsə, deməli, onların pulunu geri istəmək olar. Bunun üçün isə AFFA-ya müraciət etmək və təzminat istəmək lazımdı. AFFA da müraciətlərə baxmağa hazırdı.

Təşkilatçılıqda digər qüsur bəzi azarkeşlərin tribunada ola-ola oyuna baxa bilməməsiydi. Belə ki, birinci sırada əyləşənlər meydanı görə bilmir, ayağa qalxır, o zaman da arxadakılara əngəl yaradırdı. Çünki polis və hərbçilər sektorların aşağısında dayandığından ilk sırada əyləşənlərin seçim imkanı yox idi: “Biz birinci sıralara bilet satmamışdıq. Elə sektorlar var ki, hətta 2 və 3-cü sıralar da boş qalmalıydı”.

Nərimanoğlunun açıqlaması məntiqlidi. O zaman bu problem necə yaranmışdı? Axı, birinci sırada əyləşməyə çalışan xeyli insan gördük. Mikayıl bəy bəzilərinin uşaqla oyuna gəldiyini,bir biletlə 2 yeri məşğul etdiyini, azarkeşlərin biletə uyğun yerlərdə oturmadığını iddia etsə də, zənnimizcə, səbəb başqadı. Görünür, mühafizə xidməti biletsiz o qədər çox insanın içəri girməsinə şərait yaradıb ki, onlar hətta bilet satılmayan yerləri də doldurublar.

İstənilən halda, problem var və 30 min insanın gəldiyi oyunda ciddi qüsurlar üzə çıxdı. Bu, bileti ola-ola oyuna baxa bilməyən bəzilərinin küsməsinə də səbəb olacaq. Görəsən, ölkə çempionatımızın, millinin bütün oyunlarında bu qədər azarkeş olsaydı, AFFA nə edərdi?

CAVAD

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-11 08:00

Azərbaycan taekvondoçusu AÇ-də bürünc medal qazandı

blank
Dünya futbolu2024-05-11 01:33

“Jirona” qələbəni əldən verdi

blank
Dünya futbolu2024-05-11 01:24

“İnter”dən darmadağın

blank
Dünya futbolu2024-05-11 01:12

“Ştutqart”dan növbəti qələbə

blank
Dünya futbolu2024-05-11 01:04

“Nitsa”ya 1 qol bəs etdi

blank
Digər idman növləri2024-05-11 00:30

Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-05-11 00:09

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Digər idman növləri2024-05-10 23:42

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”nin bürünc medalını qazandı

blank
Digər idman növləri2024-05-10 23:20

Stadnik üçün olimpiadaya lisenziya şansı davam edir

blank
Digər idman növləri2024-05-10 22:51

Azərbaycanın 4 təmsilçisi AÇ-nin finalına vəsiqə qazandı

blank
Digər idman növləri2024-05-10 22:36

“Sabah” Azərbaycan Basketbol Liqasında ilk finalçıdır

blank
Premyer-liqa2024-05-10 22:23

“Neftçi”dən darmadağın – VİDEO

blank
Ölkə futbolu2024-05-10 22:00

“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”

blank
Premyer-liqa2024-05-10 21:30

Adil Şükürov: “Gələcək oyunlar üçün dərs çıxarmalıyıq”

blank
Premyer-liqa2024-05-10 20:53

“Neftçi”dən əzmkar qələbə

blank
Ölkə futbolu2024-05-10 20:37

Kvirkviya mükafatlandırıldı

blank
Ölkə futbolu2024-05-10 20:19

Masazırda mövsümün son ev oyununda “Sabah” azarkeşləri üçün sürprizlər

blank
Dünya futbolu2024-05-10 20:02

Dubla imza atdı, həftənin ən yaxşısı seçildi

blank
Dünya futbolu2024-05-10 19:48

ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi

blank
Dünya futbolu2024-05-10 19:33

Avroliqada həftənin futbolçusunun adı açıqlandı

blank
Dünya futbolu2024-05-10 19:18

Türkiyədə işləmiş mütəxəssis “Ayaks”ı çalışdıra bilər

blank
Dünya futbolu2024-05-10 19:00

Premyer Liqada aprel ayının ən yaxşı baş məşqçisi və futbolçusu bəlli oldu

blank
Dünya futbolu2024-05-10 18:39

İlin ən yaxşı baş məşqçisi və futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-10 18:20

Azərbaycan samboçuları AÇ-ni 3 medalla başa vurdular

blank
Ölkə futbolu2024-05-10 18:01

“Kəpəz”də 7 itki

blank
Digər idman növləri2024-05-10 17:43

Yeddiqat dünya çempionu mövsümün ən yaxşısı elan edildi

blank
Dünya futbolu2024-05-10 17:25

Kasilyasdan Luninə dəstək

blank
Digər idman növləri2024-05-10 17:07

Teymur Rəcəbov “Şarja Masters” beynəlxalq şahmat turnirində iştirak edəcək

blank
Müsahibə2024-05-10 16:51

“Qəbələ” mövsümün əvvəlindən bu strategiyanı icra etsəydi…” – Arif Əsədov

blank
Dünya futbolu2024-05-10 16:37

AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm