I Liqa
Kapitan zədələndi
Birinci Divizionun 22-ci turunda MOİK səfərdə “Bakılı&rdqu…
Birinci Divizionun 22-ci turunda MOİK səfərdə “Bakılı”nı 3:1 hesabıyla məğlub edib. Futbolinfo.az xəbər verir ki, "hərbçilər" qazandıqları bu 3 xala doyunca sevinə bilməyib. Belə ki, komandanın kapitan Orxan Həsənov zədələnib.
“14” nömrə oyunun 20-ci dəqiqəsində sol ayağının bud nahiyəsinin arxa tərəfindən xəsarət alıb. Onda qismi yırtıq aşkarlanıb. Odur ki, futbolçu bir müddət yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, MOİK növbəti oyununu 12 gün sonra – aprelin 8-də “Mil-Muğan”a qarşı keçirəcək.