Ölkə futbolu
"Neftçi" Şevçenkonu Bakıya gətirir
"Neftçi" Azərbaycan kubokunun yarımfinal mərhələ…
"Neftçi" Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”la ilk oyun öncəsi maraqlı məlumat yayıb. Futbolinfo.az sizi həmin məlumatla tanış edir:
"Klubumuzun yubileyi ilə bağlı silsilə tədbirlər Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” matçında da davam edəcək. 30 mart 2017-ci il tarixdə təşkil olunacaq görüşü müxtəlif dövrlərdə “Neftçi”nin formasını geyinmuş veteran futbolçular izləyəcəklər. Onlar arasında hazırda ölkəmizdə yaşayan veteran futbolçularla yanaşı, ölkə xaricindən dəvət olunmuş – 1966-cı ilin bürünc medalçısı Nikolay Boqdanov, Olimpiya çempionu İqor Ponomaryov, komandamızın heyətində ən çox oyun keçirmiş futbolçulardan biri Nikolay Smolnikov, 1971-ci ildə SSRİ çempionatında 33 ən yaxşı futbolçu sırasına düşmüş Vitali Şevçenko kimi əfsanəvi simalar da var. 30 mart saat 19:30-da başlanacaq “Neftçi” – “Qarabağ” matçından öncə keçiriləcək tədbirin bədii hissəsində azarkeşlər maraqlı görüntülərə şahidlik edəcəklər. Bu səbəbdən azarkeşlərimizi matça 1 saat qalmış stadiona dəvət edirik. Gəlin 80 ilin həyəcanını birgə yaşayaq!"