Dünya futbolu
FIFA prezidenti Messi və Ronaldonu müqayisə etdi
FIFA prezidenti Canni İnfantino "Real"ın futbolçusu…
FIFA prezidenti Canni İnfantino "Real"ın futbolçusu Kriştiano Ronaldo və "Barselona"nın oyunçusu Lionel Messini müqayisə edib. Futbolinfo.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri bunları söyləyib:
"Mənim fikrimcə, Ronaldo və Messi bir-birindən çox fərqlənir. Onların müxtəlif oyun stilləri, müxtəlif fiziki göstəriciləri var, amma hər ikisi möhtəşəm futbolçudu.
Bir mövsüm Messi, ikinci mövsüm Ronaldo daha yaxşı çıxış edir və biz bu qarşıdurmanı son 10 ildi müşahidə edirik. Hazırda FIFA-nın versiyasına görə, Ronaldo ən yaxşıdı".
Ronaldo FIFA-nın versiyasına görə 2016-cı il üçün dünyanın ən yaxşı futbolçusu seçilib.