Milli komanda
Vaşinqton millimizlə oyundan danışdı
“Hazırda yaxşı formadayıq və belə davam etməliyik. Qrupda…
“Hazırda yaxşı formadayıq və belə davam etməliyik. Qrupdakı mövqeyimizi qorumalıyıq”. Futbolinfo.az xəbər verir ki, bu sözlər Şimali İrlandiya yığmasının və KPR-in futbolçusu Konor Vaşinqtona məxsusdur. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığması Norveçi 2:0 hesabı ilə məğlub edərək qrup 2-ciliyini möhkəmləndirib. Skandinaviyalıların qapısından 2-ci qolu keçirən Konor Vaşinqton açıqlama verib. 24 yaşlı hücumçu millimizlə Bakıda keçirəcəkləri oyun haqda da danışıb:
“Möhtəşəm oyun oldu, azarkeşlər üçün əsl tamaşa idi. Milliyə dəvət alanda etimadı doğruldacağıma inanırdım. Komandamız keyfiyyəti oyun nümayiş etdirdi. Bu tempdə davam etmək istəyirik. Azərbaycanla səfər oyununun əhəmiyyəti böyükdü. Çexiya ilə ev matçımız isə böyük oyun olacaq”.
Qeyd edək ki, Şimali İrlandiya qrupda 10 xalla 2-ci, Çexiya 8 xalla 3-cü, Azərbaycan isə 7 xalla 4-cü pillədə qərarlaşıb. Azərbaycan – Şimali İrlandiya matçı iyunun 10-da, saat 20:00-da start götürəcək.