Ölkə futbolu
Messiyə gözlənilən cəza: 4 oyun və 10 min frank!
FIFA Argentina millisinin kapitanı Lionel Messini cəzalandırıb. Fu…
FIFA Argentina millisinin kapitanı Lionel Messini cəzalandırıb. Futbolinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsində Çiliyə qarşı matçda yan xətt hakimini söydüyü üçün 4 oyunluq diskvalifikasiya olunub. Bundan başqa ona 10 min İsveçrə frankı dəyərində cərimə kəsilib.
Messi artıq ilk oyunu buraxıb. O, ötən gecə Argentinanın Boliviyaya məğlub olduğu (0:2) görüşdə iştirak etməyib.
"Barselona"nın hücumçusu cəza səbəbindən DÇ-2018-in seçmə mərhələsinin yalnız son oyununda meydana çıxa biləcək.