Dünya futbolu
Paşayev üçün 90 dəqiqə – VİDEO
Futbol üzrə Ukrayna çempionatında 23-cü turun oyunl…
Futbol üzrə Ukrayna çempionatında 23-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Karpatı" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:2.
Oyuna start heyətdə başlayan Paşayev yenə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Stal" 23 turdan sonra 24 xalla ikinci altılıqda yer alan və elitada qalmaq uğrunda mübarizə aparan komandalar arasında 2-ci pillədə qərarlaşıb.