Premyer-liqa
Elxan Abdullayev: "4-cü yer uğrunda mübarizəni davam etdiririk"
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev T…
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Erkən qol vurmaq istəyirdik. Futbolçulara tapşırmışdım ki, birinci hissədə mütləq qol vurmaq lazımdı. Belə olsaydı, bundan sonra oyun bizim üçün daha rahat keçəcəkdi. Təəssüf ki, şanslardan yararlana bilmədik. Rəqib isə əksinə, əlinə düşən imkanlardan istifadə etdi və qələbə qazandı. “Sumqayıt”ı təbrik edirəm. Hələ ki şanslarımızı itirməmişik, 4-cü yer uğrunda mübarizəni davam etdiririk. Heyətdə zədəlilərimiz var, futbolçu seçimi məhduddu. Bununla belə, çalışacağıq ki, gələcək oyunlarda qələbə qazanaq”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib