Premyer-liqa
"Qarabağ"la "Qəbələ"dən 1 xal almağımız uğurdu"
"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premye…
"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Aprel döyülərində şəhid olanlara Allahdan rəhmət diləyirəm. Çətin olacağını bilirdik. Rəqib çempionluğa oynayır. Xal itkisi "Qəbələ" üçün çempionuq yarışından uzaqlaşmasına gətirib çıxa bilərdi. Son matçlarda yaxşı çıxış edirik. Bu dəfə də xal qazanacağımıza inanırdıq. "Qarabağ" və "Qəbələ"dən 1 xal almağımız uğurdu. Bu oyunumuzu davam etdirməyə çalışacağıq".