Müsahibə
Pərdis Fərcad-Azad: "Hələ də maaş alacağımız günü gözləyirik"
Topaz Premyer Liqasının 24-cü turu çərçivəsind?…
Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən “İnter” – AZAL matçı meydan sahiblərinin 2:1 qələbəsi ilə yekunlaşdı. Qarşılaşmadan sonra meydan sahiblərinin hücumçusu Pərdis Fərcad-Azad futbolinfo.az saytının əməkdaşının suallarını cavablandırıb:
– Oyun haqqında fikirlərini öyrənmək istəyərdik…
– Çətin oyun keçdi. Əsas odu ki, qələbə qazanmağa nail olduq.
– Rəqib liqanın autsayderi olsa da, sizə çox çətinlik yaşatdılar. Buna səbəb rəqibi ciddiyə almamağınız idi, yoxsa oyuna komanda olaraq hazır olmamağınız?
– AZAL pis komanda deyil. Fərdi olaraq oyunçulara nəzər saldıqda heç də zəif kollektiv deyil. Sona qədər mübarizə aparmağa çalışdılar, ancaq biz qələbə qazanmağa nail olduq.
– Bu qələbədən sonra avrokuboklara vəsiqə qazanmağa nail oldunuz. Maliyyə problemlərinin bu nailiyyətdən sonra bitəcəyini demək olar?
– Bəli, maliyyə problemlərimiz var və həlli üçün ciddi addım atılmayıb. Maaşlarımız neçə aydı ödənilmir, hələ də maaş alacağımız günü gözləyirik.
– Maaşlarınızın nə zaman ödənəcəyi barədə məlumat verilmir?
– Xeyr. Bu haqda heç kim heç nə demir. Gələn il nə olacağını da heç birimiz bilmirik.
NİCAT SALMANLI
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib