Bizi izləyin

Ölkə futbolu

"Zirə"nin yaratdığı fərq: "Qəbələ"nin taleyi öz əlində deyil

Sona 4 tur qalmış 4 xallıq fərq – indi çempionluq yarışı…

blank
Sona 4 tur qalmış 4 xallıq fərq – indi çempionluq yarışı içində olan "Qarabağ"la "Qəbələ"ni məhz bu məsafə ayırır. Bu isə o deməkdi ki, ağdamlılardan fərqli olaraq, izləyicisinin qızıl medalları qazanmaq şansı daha azdı və ən əsası, öz əlində deyil. "Qəbələ" növbəti turda lideri məğlub və "Qarabağ"ın daha bir dəfə büdrəməsinə ümid etməlidi. Bundan başqa, "qırmızı-qaralar" da bütün oyunlarda qələbə qazanmalıdı. Əks halda, Adam klubu ardıcıl 4 dəfə çempion olub, ölkə rekordunu yeniləyəcək.
 
***
 
Topaz Premyer Liqasında 24-cü tura Sumqayıtda start verildi. Şəhərin eyniadlı təmsilçisi mövsümdə 3-cü dəfə "Neftçi"yə qalib gəlməklə 5-ci pilləyə yüksəldi. 3 dəqiqə ərzində vurulan 2 qol "Sumqayıt"ın avrokubok ümidlərini də yenidən çiçəkləndirdi. Çünki indi "Zirə" ilə xal fərqi uçurum səviyyəsində deyil. Qalan 4 turda inadla hədəfə doğru irəliləmək olar.
 
"Neftçi" öz ampluasındadı. Həftəiçi "Qarabağ"la kubok matçında olduğu kimi, bakılılar yenə 0:2 hesabıyla uduzdu. Həm də bu dəfə rəqib 3 dəqiqə ərzində Elxan Abdullayevin yetirmələrini şoka sala bildi. Saatın tamamında qapıçı Maksim Vaylonun inamsız oyunu, ardınca Amil Yunanovun fantastik qolu nəticəni müəyyənləşdirdi. Və növbəti dəfə sübut olundu ki, "Neftçi" hətta autsayderlə oyunda da favorit qismində çıxış edə bilmir. Bununla yanaşı, komanda qış fasiləsindən bu yana hesabda geri düşdüyü heç bir oyunda xal qazana bilməyib.
 
"İnter" – AZAL görüşü formal xarakterli idi. Hər iki komanda faktiki hədəfsiz qalıb. Meydan sahibləri bu oyundakı qələbəylə Avropa Liqasına vəsiqəni rəsmiləşdirsə də, onsuz da heç kimin buna şübhəsi yox idi. Eyni sözləri AZAL haqda da demək olar, lakin durum fərqlidi. "Təyyarəçilər" bu məğlubiyyətlə (1:2) elitayla rəsmən vidalaşdı – onların da bu taleyi yaşayacağı çoxdan bəlli idi.
 
Paytaxt derbisindən sonrakı mətbuat konfranslarının mövzusu da oxşar idi. Belə ki, həm qaliblər, həm də məğlublar pulsuzluqdan, çətinliklərdən gileyləndi.
 
Liderlərin görüşü eyni vaxtda başladı. "Qarabağ"ın qulağı Qəbələdə idisə, qəbələlilər də Bakıdan xoş soraq gözləyirdi. Maraqlıdı ki, dünən 19.32-yə kimi Roman Qriqorçukun yetirmələri zirvədə idi. Çünki "Qəbələ" "Zirə"yə erkən qol vurmuş, "Qarabağ" isə "Kəpəz" qarşısında geri düşmüşdü. Düzdü, fasiləyəcən ağdamlılar hesabı bərabərləşdirdi, lakin belə olan halda da şəxsi görüşlərin nəticəsinə görə ağdamlılar ikinci pilləyə düşmüşdü. Vəziyyəti 47-ci dəqiqədə başla qol vuran Migel Madeyra dəyişdi, daha sonra isə "Zirə" intriqanı öldürdü.
 
"Qarabağ"ın heyətində ciddi itkilər olsa da, "Kəpəz"lə ev matçında büdrəmək yolverilməz idi. Uzun fasilədən sonra Respublika stadionuna qayıdan ağdamlılar sönük təsir bağışladıqları ilk yarıda bəlkə də qanunauyğun qol buraxdılar. Künc zərbəsindən sonra hesabı açan Kərim Diniyev atası Şahin bəyi ümidləndirsə də, fasilə ərəfəsində Dino Ndlovu gözlənilməz zərbə ilə yerli azarkeşlərin həyəcanına son qoydu. Təşvişsiz, həyəcansız oynayan "Qarabağ" fasilədən dönən kimi hesabı 2:1 edəndə isə qonaqların əks-hücumlara bel bağlayaraq, ən azı 1 xal qazanmaq arzusunun üstündən xətt çəkildi. Qalan vaxtda top saxlayan meydan sahibləri "dişsiz" rəqibin 5 oyunluq məğlubiyyətsiz seriyasına son qoydu.
 
"Qəbələ"nin büdrəməsi artıq sensasiya sayılmır. Komandanın oyununda düşüş diqqət çəkir və "qırmızı-qaralar"ın çox asan qol buraxmaları onları dəfələrlə çətin vəziyyətdə qoyub. Bu dəfə də belə oldu və saysız qol vəziyyətlərini boşa verən meydan sahibləri Avropa Liqasına vəsiqə həvəsində olan "Zirə"nin müqavimətini qıra bilmədi. Qızıl medallar uğrunda yarışda özü özünə problem yaradan Qriqorçukun yetirmələri vəziyyəti düzəltmək üçün tez ayılmalı, bir az da bəxtə ümid etməlidilər.
 
AĞA
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm